Cənab mühərrir!

Camaatımız çox rahatdır. Nə yeni məktəbimiz var, ne de əski!

Camaatımız mərhəmətlidir. Sənət məktəbinin bir xeyli xərcini çəkib erməni, yəhudi və gürcü ətfalım məccani oxutdurur.

Camaatımız qənaətlidir. Öküz ve eşşək işlərindən qeyriləre baxmazlar. Bu səbəblə uyezdlərimİzdə bir  müsəlman dəmirçisi, yemənçisi bulunmaz. Amma kiçik bir köyde, məsələn, Azqurda müsəlmanların parası ilə keçinən beş böyük meyxana, altı qəhvəxana vardır. Bu hesabca qırx min cana bir üsulİ-cədid məktəbi düşdüyü halda, İyirmi evə bir meyxana ile iki qəhvəxana isabət edir.

Maarifimiz də o dərəcədədir ki, dörd saatlıq yolu olan Qori darülmüellimində bizdən ancaq bir müsəlman var.

Camaata rəhbər olacaq dövlətlilərimiz, bəylərimiz az deyil, Heyif ki, maarifə, millətə olan hümmətləri pək azdır.

Bu səbəbdən camelərimiz viran, məktəblərimiz pərişan, halımız yamandır.

Ö. Nemanzadə

Tərcüman qəzeti, 7 yanvar 1900, N1

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İşığımız Sönməyəcəkdir

Bu son çağlarda milli ehtiyac və diləklərimizdən ötrü yazılmaqda olan məqalələr bizim mətbuatımızda öz yoluna, öz həyatının qeydinə yavaş-yavaş düşmək istədiyini göstərən birər şahidlərdir.Belə şahidlərdən biri də cənab Üzeyir bəyin bir az qabaq yazdığı “Nəyimizin vaxtıdır?” məqalələridir.

19164 dəq
Diləklərimiz

Maarif vəkillərimizin diqqətinə!Yaxınlarda Tiflisdə müsəlman maarif yığıncağı olacaq. Namestnik divanxanasında olmağından anlaşılır ki, bunu hökumət lazım bilib meydana gətirir.

19164 dəq
Haşım bəy üçün

Qələm yoldaşımız Haşım bəyin qara xəbərini aldığım vaxt başıma qəm buludları çökdü. Çünki onsuz da çox az olan ciddi mətbuat xadimlərimizdən birini, həm də qeyrətli və səbatlısını itirdik, ən lazımlı bir vaxtda itirdik. Şəkk yox ki, bu bizim üçün böyük dərd, qəm və qayğıdır.Lakin bu dərd və qayğı bizə yas deyil, ümid verməlidir. Ondan ötrü ki, dərd və qəza səbat və həmiyyətli adamların yalnız yas verib oturtdurmaz, ümid kəsdirməz. Bəlkə o qəm və təsir ilə daha artıq qeyrət və həmiyyət gətirib itirdiyini qazandırar. Haşım bəy də öylə səbatlı vücudların biri olmağa görə mərhum üçün yalnız qəmlənmək layiq deyil. Bəlkə onun qəmi təsir ilə sərbaz olduğu məsləkə can yandırıb çalışmaq lazımdır.

19161 dəq
Gülsüm

(Kiçik hekayə)Ürək sıxıntısı çox əziyyət edirdi. Bir gecə ikinci yol sabah namazından qabaq oyandım, yenə uzun qayğılı xəyallara daldım.

19166 dəq

Başqa şairlərin şeirləri