Küsüb bir dünya gözəli,sükutu dünyaya düşüb.Bir yol “Ayüzlüm” demişdim,qalxıb indi Aya düşüb.

Əlimdən bir ceyran çıxıb,Ceyran, canımdan can çıxıb.Mirvari dəryadan çıxıb,təzədən dəryaya düşüb.

Onu yerbəyer eləyin,məni dərbədər eləyin,Məcnuna xəbər eləyin, –Nəriman səhraya düşüb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri