Emin Sabitoğlu bəstələmişdir

Sən fikir eləmə, gözəldir həyat,nə qədər mən sağam, fikir eləmə.Bu gün yanındayam, sabah hardasa,demə mən uzağam, fikir eləmə.

Sən fikir eləmə, yeri qar alsa,göyü bulud örtüb dumanlar alsa.Mən odam-ocağam, fikir eləmə,yenə yanacağam fikir eləmə.

Sən fikir eləmə heç vaxt dünyada,mən getsəm, sən qalsan... ayağın altdaonda da torpağam, fikir eləmə,orda da dayağam, fikir eləmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri