Qadın
Pəncərəm önündə sular çağlayır,xal düşür gecənin aydınlığına.Qollarım üstündə bir qız ağlayır,İnana bilməyir qadınlığına.
Başının örpəyi yana sürüşüb,içməyib, məst olub...Səbəbi nəydi?Yerin çəkisizlik qütbünə düşüb,bu qütbü nə vaxtsa o, keçməliydi.
Özü gözlədiyi bir gün gəlibdi,indi soruşmayın, heç bilməyir o.Qadınlıq qızlığa üstün gəlibdi,ağlaya-ağlaya gülümsəyir o.
Açıb gözlərini indi qalxacaq,tanımır özünü şirin röyada.Qızlar nə deyəcək, bilmirəm, ancaqmübarək!Bir qadın artdı dünyada.
Bir kişi qayğısı artdı,mübarək!bu gecə bir qəlbə nur ələnibdi.Nə qədər qadın var, o qədər deməkdünyaya qayğılar səpələnibdi.
Azalır o bəzən, artır o bəzənsınanır varlığı, yoxluğu üçün.Bəlkə mən, dünyanı sevirəm qəlbən,qadın təbiətli olduğu üçün.
Bəzən bir eyhamla, ya baxış ilənə qədər istəsən söz demək olur.Yalnız bir qadının təbəssümüyləyüz ağlayan olsa kiritmək olur.
Köksündə gizlincə sevən ürəyigözündə həmişə məlum olubdu.Kişilər önündə cəbrlə deyil,qadınlar xahişlə məğlub olubdu.
O ən müqəddəsdi, ən mədənidi,bəşər nəslimizə o, həyat verir.Qadının sərvəti – öz bədənidi,onu da kişiyə mükafat verir.
Qollarım üstündə bir göz yaşınıbir qərib gülüşü öpürəm hələ.Özü qız saçını,qadın saçınıüzümə dağıdır öz əllərilə.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-qadin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Gedər derlər, gedər derlərBənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.