Xəlilin göz yaşı
Xəlil Rza Ulutürkə
Dağlıq Qarabağdan qarlı yel əsdi,gərdi Azərbaycan dağ sinəsini.Xəlil haray çəkdi,Təbriz tələsdi,verdi mərmilərə sağ sinəsini.
O axşam bir xəbər sarsıtdı bizi,Xəlil ağlamayıb el ağlayanda.Xəlil ağlamayıb oğlu Təbrizitabuta qoyanda, yerə qoyanda.
Göz yaşı – göylərin ilk təsəllisi,daşdaşan şairə son töhfəsiymiş.İçinə yağırmış yağış əvəzi,yerdən yox, o göydən görünəsiymiş!
Bəlkə də mənası budur heykəlin,bu sirrin önündə zəka zəlildi.Od saçır gözləri məğrur heykəlin,içi – göz yaşıdı,üstü – Xəlildi.
20 sentyabr, 2003
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-xelilin-goz-yasi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Daş üstə yazı: “İnsanlara hürriyyət, millətlərə*istiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”*
Qız qalası“Qız qalası” həqiqətdir,əfsanə yox!
Cəbhə bayatılarıOxuma, sarı bülbül,itirdim yarı bülbül.
İtkin düşənlərin yeri bilinmirXırda qəzetlərin birində*qərəzli yazılar oxudum*
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Can qurban eyləsən, layıqdı, layıq,Bir yar ki, mətləbi tez qanan ola.
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Tər sinəsinəTəbib təbiətdən yazım gələndə,Saldı qələmini tər sinəsinə,