Dayım oğlu Bayram Məsmalıya
Bayram, hamıyla görüşdüm,səni sonraya saxladım.Dedim gəlləm qış gələndə,qış keçdi, yaya saxladım.
Gəlib çatdı umu-küsün,İçindəydim odun-közün.Dedim uşaqlar böyüsün,sünnətə, toya saxladım.
Dünya dəyişdi, nə bilim,mən də itdim ilim-ilim.Nə evdə bir gəvə-kilim,nə əldə maya saxladım.
Molla keşişə qarışdı,işdə iş işə qarışdı.Başım yetmişə qarışdı,zornan bir həya saxladım.
Ağstafa, Qarayazı,təzə balıq soyutması.Xəngələ qaldım tamarzı,vağzal Poyluya saxladım.
Mən bir nəslin əvəziyəm,“Dəli” Həsən nəvəsiyəm.Kəsəmənə gələsiyəm,Kürdə çimməyə saxladım.
iyun, 2002
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-dayim-oglu-bayram-mesmaliya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda,Nə mehr olur bu kim zərrati-atəşnak edər peyda
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Rəhm edib atmaz oxun yar ürəgim yarəsinəRəhm edib atmaz oxun yar ürəgim yarəsinə,Bumudur xubların çarəsi biçarəsinə.