Yox deyə-deyə
Ramiz Mirişli bəstələmişdir
Gəldin görüşümə arabir yenə,çıxmadın sözündən yox deyə-deyə.Həyana getdinsə, yolun bir oldu,getmədin gözümdən yox deyə-deyə.
Bəlkə məhəbbətin hökmü belədir,incidin arabir, küsdün arabir.Bildin ki, sədaqət ürəyimdədir,qayıtdın yenə sən yox deyə-deyə.
De, niyə dolaşdı ağzında sözün,özün tutduğuna mat qaldın özün?Dolandı qolların boynuma bir gün,öpdün də üzümdən yox deyə-deyə.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-yox-deye-deye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
YazandaAtmaya mürvəti, insaf eyləyə,Nainsaf olmaya yazı yazan da.
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir