Dağları duman alanda,Gözüm yollarda qalanda,Yadıma səni salanda,Gül yanağım solmasınmı?

Əsən yellər, əsən yellərSevgilimdən mənə xəbər.Solanda narın çiçəklərGözüm yaşla dolmasınmı?

Bu yerlərdən keçməz oldum,Dost, düşməni seçməz oldum,Eşqimə and içməz oldum,Könlüm xarab olmasınmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq