Nəğmə
Çox incitdi yar könlümü,Etdi tar-mar könlümü,Hicrandan qurtar könlümü,Aman gözəl, aman gözəl!
Gözüm, könlüm intizarda,Niyə məni qoydun darda?Yara zülm edərmi yar da?Aman gözəl, aman gözəl!
Göylər salmış ağ bir çadır,Dünya qocadan qocadır.Hicran dağı nə ucadır,Aman gözəl, aman gözəl!
Sevən könlüm ah eylədi,Sevdi nə günah eylədi,Sirrini dağa söylədi,Dedi dağlara-dağlara,Dedi dağlara-dağlara.
Bahar çağı açdı güllər,Dağıldı yasəmən tellər,Oxudu hey şirin dillər,Dedi dağlara-dağlara.
Dağ döşü lalədən yandı,Sarı sünbül dalğalandı.Dəli könlüm səni andı,Dedi dağlara-dağlara,Dedi dağlara-dağlara.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-negme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O heç kəsi sevmədi, xoşlamadı heç kəsi,Qızdırmadı könlünü xoş bir insan nəfəsi.
Bosfor sahillərindəİstanbulun üstündə duman pərdə-pərdədir,Türk qızı namaz üstə, yenə başın yerdədir.
İstanbul duman içindəİstanbul duman içindəÜrəyim duman içində
Azadlıq bayrağıMin doqquz yüz qırxıncı il...Avropanın axır qanı.
Başqa şairlərin şeirləri · Eşq
Nazlı dilbər, gəl ixtilat eyləyək,Sazı məndən, simi məndən, söz səndən.
Bu qızınLəblər mirvaridi, incidi dəndan,Al yanağı əlvan lala bu qızın.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Torpağa qoşuldumTorpağa qoşulub gəzdim dünyanı,Mənasız keçmədi ömrün bir günü.