Qoca qız – həris qarı
O heç kəsi sevmədi, xoşlamadı heç kəsi,Qızdırmadı könlünü xoş bir insan nəfəsi.Quşları, çiçəkləri, insanları sevmədi,Son baharın hüsnünü, ilk baharı sevmədi.Səhər-səhər baxmadı üfüqlərin rənginə.Gecə valeh olmadı suların ahənginə.Bir körpənin gülüşü ürəyini açmadı,Bir gənclik sevdasıyla yuxuları qaçmadı.Nə sevdi, nə sevildi, nə də ki, ərə getdi.Qazanc, sərvət eşqiylə ömrü boş yerə getdi.Aldı, yığdı, gətirdi, yenə gözü doymadı.Qorxdu ki, şərik olar bu dövlətə, bu mala.Hər gün qazanc eşqiylə düşdü yeni xəyala.İndoneziya, Hindistan oldu onun bazarı,Bəzədi mənzilini müstəmləkə malları.Gah sələmə pul verdi, bəzən də dərman satdı.Əlacsız xəstələri min kələklə aldatdı.Yığdı-yığdı, gətirdi, dünyanı qamarladı,Damağından getmədi sərvətin şirin dadı.Büllur, gümüş, şal, qumaş, inci, mərmər gətirdi,Əlvan rəngli xalılar, ipək və zər gətirdi.Tablolarla bəzədi soyuq divarlarını.Anbarlara doldurdu dövlətini, varını.Su kimi axıb getdi, ömür də yarı oldu,Qoca qız qocaldıqca, həris bir qarı oldu.Əcəl gəlib almışdı yastığının yanını,Ölüm lərzəyə salmış o soyuq vicdanını.O, səksən beş yaşında ömrə vida edirdi,Bir yaxşı iş görməmiş bu dünyadan gedirdi.Qəzəbli bir üsyanla şeylər ona baxırdı.Qarının gözlərində sanki dünya axırdı.Dustaq edib illərlə saxladığı əşyalar,Qızıl, gümüş, şal, qumaş – otaqlarda nə ki var,Hamı sanki dil açıb üsyan edirdi, üsyan.Şadlıq qurub bir bayram düzəltmişdilər bu an.Bu qədər acgözlüklə topladığı bu sərvət,İndi düşmən kəsilib edirdi ona nifrət.Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da,Əzizlədiyi şeylər qoymuşdu onu darda.O, tutqun baxışlarla axtarırdı hər yeri.O heç kəsə vermədi dövlətindən, varından,Bircə an ayrılmadı həris arzularından.İnsanlara nə sevgi, nə də məhəbbət verdi,Nə bir parça duz-çörək, nə də bir dövlət verdi.Qoca qız – həris qarı kitabını bağladı,Öləndə başı üstə sanma kimsə ağladı.Qapadı gözlərini, doymadı dünyadan da,Bir-bir olub-keçənlər gəlib düşdükcə yada,Başqa cür yaşayardım, – deyə – düşünürdü, – mən,Verilsəydi insana ömür bir də yenidən?!
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-qoca-qiz-heris-qari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
نگار من چو بتاراج عقل و دین خیزدغبار لشگرش از ترک تا بچین خیزد
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
MənəSalam olsun sənə Molla Məhəmməd,Təzə aşıq oldum, saz göndər mənə.