Mən öz gözümlə gördüm
Mən öz gözümlə gördümSenanın sahilində,Şumal bir zənci oğluBir fransız qızınıQollarına almışdı...Qız da zənci oğlununBoynuna qol salmışdı.Danışıb, gülürdülər,Məhəbbətin diliniNə yaxşı bilirdilər.Sakit-sakitAxırdı çay.Buludların arasındanOğrun-oğrunBaxırdı ay.Elə bil ki, zülmət gecəQarışmışdı gündüzə.Bu mehriban gənclərinEhtiraslı nəfəsi,Bir eşqin dastanınıBəstələyirdi bizə...Onlar unutmuşdular,Atmışdılar hər şeyi,Şikayəti həyatdanTükənməyən gileyi.Onlar unutmuşdularİnsanı, məhəbbətiSındıran qanunları,Qaraları ağlardan,Ağları qaralardanAyıran qanunları.Bir dünyanın kinini,Qərəzini unutmuş,Sonsuz nifrət, ədavətDünyasında bu gənclərBir-birindən bərk tutmuş.Azad çarpan qəlblərinBağlanmış ittifaqı.Əsrlərdən səslənmişEşqin böyük sorağı...Qaraların ağlarıSevməsi, sevilməsiBu yerlərdə nə qədərMöhkəm yasaq olsa da,Başqadır məhəbbətinQanunları dünyada!
Paris, 1957
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-men-oz-gozumle-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir