Bu əlvan bəzəklərin, xoş səsin, baxışların,Sakit şirin gileyin, gözəl nevazişinləYandırıb gənc ürəyi, yüngül zəfər yolunu,Göstərməkdə məqsədin nədir, ey gözəl, belə?Bu riyakar incəli, yalançı hicab nədir?Bu qeydsiz yorğunluq, nədir titrək dodaqlar,Əbəsdir hiyləgərlik, günahkar bir ürəkdə,Nə canlı bir duyğu var, nə təmiz bir həyat var!Sənə soyuq qəzəbdir mənim mənhus cavabım,Təkəbbürlü hüsnündən qaranlıq gecələrdəSöylə, ey gözəl qadın, kimlər bir kam almamış?O murdar mənzilinin ləkəli qapısınıGecələr cəsarətlə kimlər gəlib çalmamış?Öz solğun damətini başqasına apar sən.Oxşa naşı qəlbini: uzaq, ey gözəl, məndən,O yorğun ağuşunda başqasını sev, aldat,Könlümə hakim olmaq sevdasını tamam at.O xain qucağına getməz ilham aşiqi,Başqasına apar sən, yalançı yüngül eşqi.Saxta məhəbbətinin satqın zəncirlərini.O acgöz tamahının ən acı zəhərini,Məcburi arzuları qızıllara satılanSoyuq, süni fərəhə ram olmaram heç zaman.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri