Güllər çiçək kimidir,Saçı ipək kimidir.Gül də onun yanındaBir az qəşəng kimidir.

Güllü, güllü, Güllərim,İpək telli Güllərim.Çiçək qızlar içindəŞirin dilli Güllərim.

Güllər nəğməylə səslər,Çəmənlərin gülünü.Güllər nə yaxşı bilirÇiçəklərin dilini.

Güllər özü də bir gül,Güllərin saçı sünbül.Ətirli bağçalardaGüllər nəğməli bülbül.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar