Xoşbəxt ola bilərdimmiMən bu çiçəklər olmasa?Sarı nərgiz, ağ yasəmən,Bir də lalələr olmasa?

Dost nəfəsi duymasaydı,Könül ömrü sevərdimi;Dərdlə şərik olmasaydı,Necə çəkərdim dərdimi?!

Göy çəməni, axar suyu,İlk baharı sevməsəydim,Xoşbəxt ola bilərdimmiİnsanları sevməsəydim!?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar