Buludlara səs salırÇal xoruz səhər-səhər:Sübhün açıldığınıhamıya verir xəbər.Xaş-xaş dənələri kimiGöydən şəfəq yağır yerə,Tez oyanmış çiçəklərə.Biçinçilər itiləyir orağını.Hamı qalxırAlıb sübhün sorağını.Xoruz qalxıb yüksəklərə,Nəğmə deyir çiçəklərə;Sən yuxuda olan zaman,Sabahkı gün gəldi, oyan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar