Rahibə
Rəngi sapsarı,dodaqları gömgöy,Əlləri qapqara bir kösöyMəryəm ananın surəti önündədiz çökür.Dualarısolğun dodağındanTəsbeh muncuqları kimi tökür.Gözlərini yuxarı dikən zamanBaxışları solğun bir gənclikdənverir nişan...Əynində qara libas,Başında nişastalı ləçək.Quru barmaqlarıylaSinəsinin üstündəXaç çəkir tək-tək,Nə istəyirsən,Həzrət Məryəm sənə neyləsin?Arzunu, diləyini oğlunamı söyləsinSən dünyadan əl çəkibMəhkum etdin özünü,Yazıq, kimə söyləsinMəryəm sənin sözünü?O ki özü dünyanınBir kefindən qalmayıb.Cavanlıqda başınaQara örtük salmayıb.Coşqun bir məhəbbətlə
Sevib gizlin, aşikar,Görürsən qucağındaHələ körpəsi də var.O qadındır anadır.Dadmış şövqü, nəşəni,Bəs niyə məhkum etmişBir ömür boyu səni?!Aç başından qaranı,Gözündən yaşları sil.Canlı insan kimi bax,Qadın kimi danış, gül.İtaliyanın günəşiƏndamına toxunsun.Gözlərinin içindəMin bir fərəh oxunsun...Zümrüd rəngli dənizəBir baş vur, bir çim, qaral.Sən doğma vətənindənArzu götür, bir kam al!Çiçəklərdən ətir çək,Quşlardan nəğmə öyrən,Sev, eşqin atəşindəYan bir ocaq kimi sən.Çırpınsın həyat eşqiGözlərində, qanında,Bundan ləkə görünməzİnan ki, vicdanında.Barsız bir ağac kimiQuruyursan niyə sən?Ürəyinə çox yatırBu sözlərim deyəsən.Aç başından örtüyü,Günəş, bahar eşqinə.Gəl qucaqlaş həyatlaXoş arzular eşqinə!..
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-rahibe
← → düymələri ilə keçid, R — təsadüfi şeir