Robert Berns

Qışın şaxtası keçdi, gəldi ilıq bahar,Budaqlarda nəğmələr oxuyur bala quşlar.Coşqun bahar eşqiylə çırpınır təbiət də,Könlüm necə açılsın, məni atıb getdi yar.

Qara moruq gül açıb oyanmış arılarçün.Quşlar dolanıb bağı oxuyur: güllər, açın.Kiçik yuvalarında quşlar verib baş-başa,Mənim yarımdan ancaq hicran qaldı yadigar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq