Anaki Sereteli

Xorasan dəmiri, xəncərim, səniSevirəm ta əzəl gündən bəri mən.Bir sənsən ümidim, pənahım mənim.Sənsən qoruyanım azğın düşməndən.

İtilərəm səni, kəskin xəncərim,Silib ürəyindən pası, ləkəni;Bir arxa, bir qardaş görmək istərəm,Əzilən insana dünyada səni.

Sən bir neştərsən ki, əziz xəncərim,İtidir, hər iki üzün də yaman.Sənin sahibinin qəlbi poladdır,Dəmirtək bir əldir bu səni tutan.

O səni yaradıb bərkidənlərə,Mənim ürəyimdə çox ehtiram var.Onunçun sevdim ki, səni, xəncərim,Düşmən anasını qoyursan ağlar.

Düşmənin qəlbinə elçi ol, xəncər,Mənim salamımı sən ona yetir.Qoy mürəkkəbqabı olsun ürəyi,Sənsə qələm kimi bu ürəyə gir.

İtilərəm səni, dəmir xəncərim,Ey polad xəncərim, itilərəm, bil,Çıx qınından, yetər, çıx ki, bu zamanQında yatmaq sənə yaraşan deyil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri