Yanvar günəşinin qızmarlığında
Yanvar günəşinin qızmarlığındaBuğda dən bağlayır, yetişir bir-bir.Barmaqlar bükülü, gözlər qapalı,Kirpiklərdə sanki duman pərdədir.Elə bir qüvvətlə yetişir buğda,Onu açıq-aydın hiss edirəm mən...Sünbülə əlimlə sığal çəkirəm,Üzümü sürtürəm nəfəs çəkmədən.Xeyli həyəcanlıdır dənin dəyimi,Qorxmur-bəkati qəflətən sınar.Ancaq ki, bu dəyim qorxudur məniGörəndə sünbüldə nə gərginlik var.Aman bilməz qeyri sərt əlləriləÖlüm sünbülləri qırsa da birdən,Yerə düşən dənlər göyərəcəkdir,Ölümsüzdür buğda, ölümsüzdür dən.
Kitabxana.az · https://kitabxana.az/works/nigar-refibeyli-yanvar-gunesinin-qizmarliginda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey dil, barı meyxanə sarı bir güzər eyləGör məstlərin haləti-vəcdin, nəzər eylə.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı