Afərin hüsnünə, mən bir belə dilbər istərəm,Gecələr şəm yanar, sən kimi gövhər istərəm!

Od ləbin, ud xalın, hər biri şəkkər kimidir,Valehəm onlara mən, bir belə məcmər istərəm!

Duzda çox ləzzət olar, amma ki, şirin olmaz,Duzlusan, həm də şirin, sən kimi şəkkər istərəm!

Sənin eşqinlə töküb, hər iki dünyanı bu gün,Bir qədəhdən içərəm, mən belə sağər istərəm!

Mişk zülfün nə gözəl, aləmə ənbər dağıdır,Gör nə xoşdur, gözəlim, bir belə ənbər istərəm!

Məqtə — şairin təxəllüsü olan son beyt. Bağladın zülfünə qul tək bu Nizamini özün,Söyləyir zülfün ucu, bir belə çakər istərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq