Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan?Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan.
Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma!Sual etmə “Nədir dərdin?” əcəb bimar saxlarsan?..
Nə rəngdə sən olursan ol, səninlə mən varam daim,Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan.
Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin,Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan.
Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan,Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan.
Məqtə — şairin təxəllüsü olan son beyt. Səni daim Nizami öz əziz cananı bilmişdir,Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan?
Kitabxana.az · https://kitabxana.az/works/nizami-menim-tek-kohne-bir-dostu-necin-qemxar-saxlarsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Onda ki, xilafəti Harun əlinə aldı,Abbasilər nəslinin tuğu göyə ucaldı.
Sirlər xəzinəsi, fəsil 58Biz ki, bilirik ölüb gedəcəyik bir zaman,Səbəb nədir dörd əllə tutmuşuq bu torpaqdan?
Sirlər xəzinəsi, fəsil 59Ağac göy çəmənlikdə açanda rəngbərəng gül,Qızılquşla söhbətə başladı nazlı bülbül:
Sirlər xəzinəsi, fəsil 60Ey şair, sabahını uğurlu görsün aləm,Bu işdə bir dost kimi tutdu əlimdən qələm.
Başqa şairlərin şeirləri · Eşq
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
BilirəmKönlüm arzulayır ən gözəl ili,Necə də sevirəm şipşirin dili.
Bəxt mənə yar olub şahi-Suleyman bu günBəxt mənə yar olub şahi-Suleyman bu gün,Sayə salıb ustumə ol şəhi xaqan bu gün.
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,