Ay üzlü nigarım, kimə mehman olacaqsan?Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə!Ey abi həyat, sən kimə canan olacaqsan?

Məqtə — şairin təxəllüsü olan son beyt. Getdin, necə bəs tab eləsin hicrə Nizami,O, xəstə ikən sən kimə dərman olacaqsan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq