Ey uğurlu qasid, bir xəbər yetir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ey uğurlu qasid, bir xəbər yetir:Hardadır, necədir mənim nigarım?
Mənim canım üzük, ürəyim yetim,Neynir, nə düşünür o işvəkarım?
Ceyran baxışları yarıyuxulu,Mənim sünbül saçlım, çeşmi-xumarım!
Şəkər çeşməsinə təşnədir aləm,Çəkilib küncünə bir laləzarın...
Mənim dost tutduğum düşmənimdir o,Əzizim, istəklim, fəxrim, vüqarım!
Mən ki gecə-gündüz od içindəyəm,Gülün üstündəmi bal çəkən arım?!
Qanımı içsə də, suçlu bilmərəm,Əhdindən dönməkdə necədir yarım?
Ömründə bircə yol soruşmadı ki,Hanı o divanəm, o qırıq tarım?
Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdindən Nizami Yəquba döndü,Bildimi Yusifim, dövlətim, varım?!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-ey-ugurlu-qasid-bir-xeber-yetir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə gözəl günəşsən, ta uzaqlardanEdirsən bizimçin hər şeyi əyan.
İqbalnamə, fəsil 8Yunanlı filosof, zəkada nadir,Çıxartdı mədəndən belə cəvahir:
İqbalnamə, fəsil 9Ey müğənni, çal bir könül nəğməsi,Titrətsin göyləri ərğənun səsi.
İqbalnamə, fəsil 10Müğənni, dayanma, sübh açılarkən,Püxtə bir mizrab vur o xam rudə sən.
Başqa şairlərin şeirləri · Eşq
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Bayatılı qoşmaAğacda xəzəl ağlarDibində gözəl ağlar...
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.