Səni bağda görən güllər pərdə çəkdi üzünə,Reyhan zünnar bağlamağı rəva gördü özünə.

Xəcalətdən qızıl qandır qönçələrin niqabı,Utanırlar, hüsnün salıb lalələri bu gunə.

Sən ətirli saçlarını qulac-qulac açanda,Bənövşələr ismətindən köçüb getdi sürgünə.

Haray çəkən süsən-sünbül susdu, birdən lal oldu,O ərğəvan cəmalından şölə düşdü hüsnünə.

Nərgiz sənin bazarından çoxdan çəkib gözünü.Tamarzıdır, sözün varsa, yanaş şəbbu gülünə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nizamini dinləyəndə bülbül kəsdi cəh-cəhi,Çırpdı özün dönə-dönə bu şerin hər sözünə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar