Balaca felyeton
Nəcəf şəhərindən Tehrana xəbər verirlər ki, burada bir nəfər molla qəribə bir makinə icad eyləmişdir. Makinəyə barmaq ilə hərəkət verəndə içindəki havaya qalxır. (İran qəzetlərindən)
Ağalardan birisi dün gecə idrarə çıxıb
Nakəhan makinədən bir yeni fəvvarə çıxıb.
Gər Nəcəfdə hərəkət versən, atar Qəzvinə su
Hər kəs istərsə alar Rəştdə Tehranda vüzu
Elə alati-təharət çıxarıb sahibi-dun,
Onu min il çalışa yadına salmaz Edison.
İstəsə nərdə çimər, qüsl qılar əhli-vətən,
Ağaya kəndərələr şərti budur vəchi-kədən.
Dəclənin nəhrini bir andə Gilana tökər
Admiral molla çıxardar yeni bir bəhri-Xəzər.
Qoysa öz makinəsin sahili-Şəttül-Ərəbə,
Qurdlu anbar suyu Təbrizdə içərmi tələbə?
Nasos etməkliyə tapseydi ağa azca məcal
Qoxumaz beş il hamamlarda qalan abi-qüsal.
Məsələ bitmiş, edibdir ağa öz başına and
Pulu bol olsa havadən çəkə hər şəhrə krand
İmtəhan eyləmiş əmmaməlilər məsələni,
İki min molla təharət tutub orda ələni.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-6
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.
Eşqnamə“O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”.Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi.
Kür çayı kənarındaQızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.
ÖlümAzərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi.Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi.
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət” az çək daha zəhmət, dadaş,Xəlqi nahaq etmə məzəmmət, dadaş,
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.
Mən bilməz idim bəxtdə bu nikbət olurmuşMən bilməz idim bəxtdə bu nikbət olurmuş,İzzət dönüb axır belə bir zillət olurmuş,