Balaca felyeton
Sosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)
Bir müctəhidəm varmışam hər işdə kamalə
On beş sənədə yazmışam on cild risalə.
Hər şiə bilər var bu risaləmdə nəfasət
Hər səfhədə təhlil olunur qüslü təharət
Hər sətrdə təfsir olunur şərhi-nəcasət
Sahib kəsilir millətimiz fənni-məbalə
Burnun tutar insanlar oxunduqda risalə.
Yaşdan-qurudan hər nə desən var əsərimdə
Minlərcə supa səcdə qılır xaki-dərimdə
Almaq, boşamaq fikridir ancaq ki, sərimdə
Şuğlum keçələr siğə, günüz fənni-qüsalə
Hikmətlərimiz dərsi-həcəm, elmi-imalə.
Bunlardan ibarətdi bizim pak şəriət
Millətdə təharətlə qurulmuş mədəniyyət.
İslamda daim ağadır sahibi-sərvət
Bəy-xan sözü millətdə əgər düşsə zəvalə
Vay onda əba, qurşağa, əmmaməyə, şalə.
Kafirdi bütün sosialist, ya ki, demokrat
Yazdıqları, etdikləri bir küfrdir isbat
Bunlardan olur sərvətə, həm millətə afat
Bunlar qudurub, rəxnə salır cah cəlalə
Bunlardı deyən fatihə əmmaməyə, şalə!
Bunlar bütün arvadları boş, özləri mürtədd
Xan, bəylərə düşmən üzü boz, kinəsi bihəd
Xalqın malını harda alar şər’i-Məhəmməd
Bir halda kim molla yazıb şər’i qəbalə
Harda belə bir bi’dətə yol verdi risalə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-balaca-felyeton-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə:
Jandarm təşkilatıSərdar Rəşid konsulxana ilə olan əlaqəsi barəsində bizə düzgün xəbərlər vermirdi. Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi, biz onun verdiyi xəbərləri bir də Mirzə Ələkbər xan vasitəsilə yoxlayır və əsilsiz olduğunu təyin edirdik.Mirzə Ələkbər xan özünü bizim sərəncamımıza vermişdi, hər halda, o, konsulxanada olan sirlərin hamısını da olmasa, mühüm bir qismini bizə verirdi. Sərdar Rəşidin verdiyi xəbərlər isə:
Rəfizadə1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.
Polkovnik BerezovskiTəbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.
Başqa şairlərin şeirləri · Satira
Mirzə Fətəliyə*Nə xabi-qəflətdi, divanə könül,
LəzgiNə gözə! bir işdi, ya Reb, bu işe dayana ləzgi,Asa xəncərin, həmışə, o sayaq dolana ləzgİ.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.