Bir firqə çıxıb
İtaliya Mərakeş işlərində iştirakı qərara almışdır.
Bir firqə çıxıb ölkəmizə dövlətimizdə,
Ondan bəri var fəthü zəfər millətimizdə.
Düşsə yeyəcək indi başımdan yekə hər zad,
Şıllaq ataraq eyləyəriz min cürə bidad,
Bir... yeməsək də salarıq boş quru fəryad,
Hürmək dəxi bir xariqədir şöhrətimizdə,
Bir firqə çıxıb ortalığa dövlətimizdə.
Hər guşədə bir yağlı tikə tapsa gər əlvat,
Öz varlığımı etməliyəm mən dəxi isbat,
Qoymam yeyəsiz faslıları siz iki xoş zat,
Eybi nədi hürmək qoyulub xilqətimizdə,
Bir firqə çıxıb ortalığa dövlətimizdə.
Ən qısa, bərabər durarıq hər bir əməldə,
Bu iş dəxi qanuni bir ünvan olub əldə,
Bir bunca cahangir deyil idik biz əzəldə,
İndisə böyük dövr açılıb qeyrətimizdə,
Ondan bəri var fəthü zəfər millətimizdə.
Nöqsan yeri yox, böylədi hazırkı siyasət,
Bir-birlərinə hürmək olub Qərbdə adət,
Müstəmləkələr bitdi daha qalmadı qarət,
Cəncəl çıxacaq indi bu son qarətimizdə,
Eybi nədi hürmək qoyulub xilqətimizdə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-bir-firqe-cixib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.
Üçüncü pərdəSəhnə mühəndislərin ümumi iş salonudur. Divarlarda xəritələr və planlar vurulmuşdur. Kürsülər və stollar qoyulmuşdur.*Mirzə Teymur** — *(Mirzə Əhməd ilə bərabər gəlir)* Dünyanı yığıb töküblər bura, elə bilirlər ki, işi görən adamın çoxluğudur. Bilmirəm kimə arxalanıb işə başlamaq istəyirlər? Belə bir zavodu tikmək üçün yüzlərcə başını işdə ağartmış mütəxəssislər lazımdır.
Dördüncü pərdəKonturun qarşısında bir meydançadır. Mühəndislər, yer ölçənlər, işçi və fəhlələr sür’ətlə o tərəf-bu tərəfə gedirlər.*Mirzə Teymur və Mirzə Əhməd bu hərəkətə tamaşa edirlər.*
Beşinci pərdəMühəndis Durnanın iş otağıdır. Durna əlində portfel daxil olur. Yazı stolunun dalında oturub məşğul olur.*Durna** — *(bir kağız götürüb baxır)* Bütün fikirləri bizi aldadıb uyğunsuz vəziyyətə salmaqdan ibarətdir. Bu cür adamların sevgisi də, məhəbbəti də rəngdir, aldadıcılıqdır. *(Kağızı stolun üstünə qoyub məşğul olur).*
Başqa şairlərin şeirləri · Satira
Sirkdə çox tərbiyəni verir bil insan ayıya,Yenə təsir eləmir molla Məhərrəm dayıya!
Yaxşı əmniyyətdir İran, həq bəladən saxlasınYaxşı əmniyystdir tran, heq beladən saxlasın,Qurd qoyunla otlayır bir yerdə itmiaan ilə.
Sərçə balladasıŞarj-nəzirə*Günlərin bir günündə
Tap görüm!.. ("Həp kiçiklər kiçik ikən böyüyür")Həp kiçiklər kiçik ikən böyüyür,O nədir ki, böyük ikən kiçilir?