Çarə
Çarə, çarə, aman günüdür, bir çarə, İranın pulsuzluğuna bir çarə!
Cavab:
Qadanı alım, niyə ürəyini sıxırsan ki? Bu nə bir çətin şeydir ki? İranda hər nə qədər dəmir mə’dəni var, tez işə salıb işlətsinlər ki, məhərrəmlikdə zəncir vuranların zəncir dəmiri xaricdən gəlməsin və Həştərxanda «Müzəffəriyyə» məktəbində uşaqlara zəncir vurmaq tə’limini verəndə rusların çurdar zəncirini almağa məcbur olmasınlar.
Çarə, çarə, çarə, aman günüdür, bir çarə. Mən nə edim ki, məsciddə ya əncüməndə nitq söyləyəndə sözümün tə’siri olsun? Aman günüdür, mənə bir çarə!
Cavab:
Başına dolanım, heç darıxma, bundan asan bir iş yoxdur. Lazımdır ki, tumanbağın elə uzun olsun ki, Təbrizdə Şeyx Səlim kimi əncümənə ya məscidə daxil olanda tumanbağın səndən qabaq atılıb düşsün.
O və’də sən olarsan məşhur vaiz.
Çarə, çarə, a Molla əmi! Aman günüdür mənə bir çarə. İstəyirəm Bakıda məni şəhər idarəsinə üzv seçsinlər. Nə çarə edim ki, mən də seçilim? Aman günüdür mənə bir çarə.
Cavab:
O gözlərinə Molla əmin qurban olsun, niyə qüssə eləyirsən. Bundan asan ki, bir iş yoxdur.
Bunun çarəsi budur ki, cibində pulun olsun, lakin peysərinin gönü nə qədər qalın olur olsun, genə səni seçəcəklər.
Çarə, çarə, ay Molla əmi, bə mən çarəyi, bə mən çarəyi, ax, dad, fəryad, mən nə çarə edim ki, Tehranda Nəyibüssəltənə olum?
Aman günüdür, ay Molla dayı, mənə bir çarə!
Cavab:
Əzizim, nahaq yerə təşviş edirsən, mən sənə bir yol göstərim, əgər fayda verməsə, Aşqabad «müqəddəs»lərinin vəbalı İravan müqəddəslərinin boynuna olsun.
Bunun çarəsi budur ki, əcnəbi səfarətxanalarına bir şipyonluq yolu aç və biçarə vətənin sirlərini apar ver düşmənlərə, bundan yaxşı vasitə mən tapa bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-care
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müttəfiq Şuralar cümhuriyyətlərini İngiltərə hökuməti təsdiq etdi. Buna görə də ağ qvardiyaçılarda həyəcan başlanmışdır.*Eyvah ki, bimərhəmət olmuş yeni dövran
EhsanParisdə məşhur bir köpək qəbristanı bina etmiş rus knyakinyası Labanova-Rastova öz köpəyi Lolonun məqbərəsini yapdırmaq üçün sərvətindən 100 min franq vəsiyyət eyləmişdir.*Şahzadə xanım pək böyük ehsan eləmişdir
VardırBöyük knyaz Kiril Vladimiriç Şuralar ittifaqını tanımaqdan qət’i surətdə imtina edib bir il sonra vətənə qayıtmağı ümid edir.*Böyük şahzadəyəm, namusum, arım, qeyrətim vardır
VəssəlamKiçik Antanta konfransı Rusiya məsələsinə qərar çıxarmaq istəməyərək, böyük Antantanın o barədəki qərarilə hərəkəti qəbul etməyə qət’ etmişdir.*Dil bizim, söhbət böyük antantanındır, vəssəlam,
Başqa şairlərin şeirləri · Satira
Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Təqdir edəlim!Kəlniyət! Gəl yığalım Qafqazın ər-övrətini,Sayalım sevgili millətçilərin himmətini,
Oruc yeyənlərə kəc-kəc baxan, Oruc qardaşOruc yeyenlere kec-kec baxan, Onıc qardaş,Bİr azca hövsələ bas, səbr elə, danxma, yavaş,
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,