Mən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.Yüklənib dörd ayaqlı heyvanlar,Kötək altında inləyib yortar.Yüklü heyvan çamurda, palçıqda,Döyülür azca dinçin aldıqda.Dalıda bir öküz yorulmuş ikənOna hər kimsə bir böyük düşmən.Döyülür, tapdanır, fəqət dinməz,Başını qaldırıb da qırçınmaz.Döyülüb tabsız uzanmışdı,Kötəyi bir vəzifə sanmışdı.Ona quya hüquq imiş mallıq,Zatına bir şüar olub lallıq.Nə arar bir nicat üçün tədbir,Nə də əcz eyləyir o dilsiz əsir.Dinməyir həqqinə edirlər zor,Ağac altında ölməyə məcbur.Nə qılar zülmdən dərin fəryad,Nə edər bir nəfərdən istimdad.Həll edər hər müqəddəratın ağa,Öküzü xəlq edən odur quya

Acığım tutdu qafil heyvana,Dedim: aldanma haqsız insana.Başını salma daima aşağa,Bir oyan, gör nə hiylə etmiş ağa?!Sənə daim çatır ağır bir yük,Yaramaz bunca qafilanə sükut.

Yaramaz bunca e’tidal sükun,İbrət al qonşulardan, olma zəbun!Dəyişib sən düşündüyün dünya,Sən yenə əski gündəsən amma!Ağada yoxsa mərhəmətdən əsər,Dinləmək sizdə bir ədəbsə, yetər!Bu itaət deyil, cəhalətdir,Səndə bu bir dərin səfalətdir.Sənə lazımsa gər bir istiqbal,Yükü boynundan at, hüququnu al!Yaşamazsan bu hal ilə hərgiz,Yaşayış olmamış mübarizəsiz.Gecə-gündüz, igirmi dörd saat,Sənə yoxdur doyunca bir rahət.Anla, bil, zəhmətin nə qiyməti var,Anlamırsan, olursan istismar.Ağana artıq e’tibar etmə,Özünü yorma bunca, incitmə!Ağanın bil nədir təmənnası,Bu adın müftəxordu mə’nası.Yaşayışda hər iş mübarizədir,Öküz olma, cahanı anla nədir!Bax nə növ’ hüquq üçün insan,Qaldırır hər məkanda bir üsyan!Sən də insandan al bir az ibrət,Qoşul insana, eylə bir himmət!Cəhd qıl, nəslin olsun azadə,Sən də asudə ol bu dünyadə!

Dedi heyvan: nədir bu söhbətlər,Vəhşilərdən mənə danışma, yetər!Demə artıq inandığım insan,Məni üzməkdən həzz alır əl’an.Sizdəki incə, möhtəşəm sima,Bizi təzyiqə dam imiş quya.Bilmədim dəhrdə hər iş zordur,Bizə dünya ölümlü bir tordur.Sizdən ol qədri görmüşəm dəhşət,Mənə vermişsiz olmazın zəhmət.Nə baxım bircə qanlı cəllada?Nəfsidir hər xəyalı dünyada.Öldürür, incidir, əzir daim,Ona öz qarnıdır fəqət lazım.Başlarız biz də bir gün üsyana,Vurarız zərbə yolsuz insana.Məhv olar bizdə hökm edən qəflət,Qurarsız bir işıqlı cəmiyyət.Düzələr bizdəki pərişanlıq,Yaşamaz kütlədə bu nadanlıq.Adımız bir daha öküz qalmaz,Sinfimiz bir bu qədri alçalmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri