Saç xariqələr, dəhri qoy e’cazına heyran,Əzmində, səbatında qüsur eyləmə bir an.Tab elə ki, üstündədi hər bir yeni siqlət,Aç sinəni atəşlərə, alsın bəşər ibrət.Atəşlə dəmir eyləməsin əzminə tə’sir,Od yağsa havadan verəməz çəbhənə təğyir.Çarpış, vuruş atəşlə, dəmirlərlə dəmadəm,Bir gün sənə təslim olacaqdır bütün aləm!Məhv etməyəcək zatını minlərcə kəşakeş.Dəhr olsa cəhənnəm, səni məhv etməz o atəş.Qorxma, çıxamaz qarşına heç bir qara qüvvət,Bax arxana, yardımçıdır amalına zəhmət.Sə’y elə ki, qarşında gəlib diz çökə düşmən,Sə’yinlə bütün zəhməti birləşdirəcəksən.Mumlartək əzildikcə dəmirlər üzərində,Şimşək çaxıb atəş saçılar dövrbərində.Ancaq qaçıb alçalma! Yox alçaqlığa meydan,Baxsın sənə, altunlara alçalmasın insan.Dinc olmayacaqsan yeniləşməzsə bu dünya,Düşmən diridir, ol yeni bir hərbə müheyya.Sən kəndini qalib çıxar atəşlər içindən,Zəhmət dəxi öz çəbhəsini verməsin əldən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təbriz

1914-cü ildəBirinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu.

4 dəq
Culfaya doğru

Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım.İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı:

19 dəq
Sahibsiz ailə

Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.

24 dəq
Gözlənməyən nəticə

Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı.Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi.

9 dəq

Başqa şairlərin şeirləri