Səhifə 4 / 5 · 60%

– Sərdar Rəşid İraidanın birdən-birə çıxıb getməsinin səbəbini sizdə görür. Son günlər o, rus konsulxanasından İraidanın ünvanını tapdırıb həmin ünvanla İraidanın anasına məktub göndərmişdir. Məktubun cavabı gəlmişdir, cavabda yazılır ki, İraida Təbrizdədir. Bu məktubdan sonra onun sizə olan münasibəti dəyişmişdir. Buna görədir ki, sizi təqib etmək işini mənə tapşırmışdır. Mən sizə yalvara-yalvara tapşırıram, ehtiyatlı olun. O, Nina haqqında da xain fikirlər bəsləyir. O sizi məhv etdirdikdən sonra Ninanı da evinə gətirmək arzusundadır. Siz onu konsulxanada verilən ziyafətdə təhqır etmişsiniz. Siz onu bir vali kimi saya salmamışsınız, onunla bir rəiyyət kimi danışmışsınız. Hətta mənim kim olduğum haqqında da ona söyləmişsiniz. Belə deyilmi?

– Belədir, Mahru bacı!

– O, konsulxanadan qayıdan kimi məni yanına çağırdı, bu sirri sizə verdiyim üçün mənə acıqlandı. Mən isə bəhanə gətirdim və bu sirrin vaxtı ilə İraida tərəfindən sizə verildiyini deyib onu inandırdım. O, cavabında dedi ki, artıq İraida yoxdur, bu sirri bilən Əbülhəsənbəyi məhv edib Ninasını da bu evə gətirərəm.

– Qoy nə bacarırsa etsin. Ehtiyatlı olmaq bizim üçün daim lazımdır. Sizin və başqa yoldaşların köməyi olursa, biz onları çox asanlıqla məğlub edərik, indi isə sizdən bir şeyi öyrənmək istəyirəm. Bu şəklin sahibi sərdar Rəşidin yanına gəlib-gedirmi?

Bunu deyərərk Rzabalanın şəklini çıxarıb ona verdim.

Mahru uzun dəqiqələr şəklə baxdıqdan sonra mənə qaytarıb:

– Xeyr! – dedi, – Bu cürə adam bizim qapımızdan içəri girməmişdir.

– Bəs necə olubdur ki, sərdar Rəşidin bu adama yazdığı uzun bir məktubdan xəbəriniz olmamışdır? Halbuki bu məktubda yazılanların həyata keçməsi bizim məhvimiz deməkdir.

Bu sözlərdən sonra sərdar Rəşidin Rzabalaya yazdığı məktubun surətini çıxarıb Mahruya göstərdim, o, məktubu diqqətlə oxudu və sonra da:

– Ola bilər ki, mən evdə olmadığım zaman yazılmışdır. Bəlkə də, hökumət dairəsində yazıb göndərdiyi məktubdur. Hər halda diqqətli olmaq lazımdır.

Mahru xanım mənim söhbətlərimdən razı qaldığını və bizə «iddiyyətlə kömək göstərəcəyini bir daha təkrar edərək vidalaşıb getdi. Məni çox dərin bir kədər pəncəsinə alıb sıxmağa başladı. Nina məsələsi təzədən aralığa atıldığından Mahmud xan məsələsinin təkrar olunacağını xatırladım!. Mən sərdar Rəşidin bu xain arzuya nail ola bilməyəcəyini çox yaxşı bilirdim. Bilirdim ki, mənim məhvimdən sonra da Nina sərdar Rəşid kimi adamlara satılan qız deyildir. Lakin buna baxmayaraq, bu xəbər məni zəhərlədi, çünki sərdar Rəşidin mənimlə olan mübarizədə işlətdiyi bu üsul yeni mübarizə üsulu deyildi, namussuzluq və xəyanətin ən alçaq bir şəkli idi. Buna baxmayaraq, Mahru xanımın gətirdiyi bu xəbər sərdar Rəşidə qarşı aparacağım mübarizədə mənim iradə və qətiyyətimi bir daha möhkəmlətdi və dərinləşdirdi.

Qapını vurdular. Nabat xanım gələcəkdi, mən bütün kədərlərdən silkindim. Qəm və qüssənin tozlarını öz qəlbimdən sildim və durub otaqda gəzişməyə başladım. Bir-iki dəqiqə də belə keçdi. Nəhayət, otağın qapısı açıldı, Nabat xanım içəri girdi, çarşabını başından götürüb divanın üstünə qoydu, əlimi bir avropalı qadın kimi sıxıb yanımdakı stulda əyləşdi. Onun qara gözlərinin ətrafında yuxusuzluq və dərin kədərlərin əlaməti olan göy həlqəni görürkən ona muraciətlə dedim:

– Nabat xanım, dünən gecə sizi narahat etdiyimiz üçün üzr istəyirəm. Gözlərinizdən bütün gecəni yuxusuz qaldığınız və kədərləndiyiniz məlumdur.

Eybi yoxdur. Bu yuxusuzluqdan sizin üçün bir mənfəət olsaydı, mən çox şad olardım.

– Dünən gecəki axtarışda böyük və lazımlı vəsiqələr tapıldığını bilirsiniz. Lakin bu vəsiqələr haqqında danışmaqdan qabaq mən bir şeyi bilmək istəyirdim. Ancaq sizdən rica edirəm ki, öz ürəyinizi məndən gizlətməyin, çünki bu məsələdə sizin fikriniz qəti rol 0ynamış olacaqdır.

– Mən öz qəlbimi sizdən gizlətməyəcəyəm, hərgah mən ikiüzlü qadın olsaydım, sizin təklifinizə razı olmaz və evə buraxmazdım.

– Çox gözəl, indi sizdən soruşuram: siz ərinizin öz xalqının xaini və casusu olduğunu bilirsinizmi?

– Necə ki, bilmirəm? Haman vəsiqələr mənim öz gözümün qabağında tapılmamışdırmı?

– İndi deyin görüm, siz ondan xilas olmağı istəyirsinizmi?

– O mənim vahid arzum deyildirmi?

– Onun məhvi və yaxud uzun müddət həbsə alınması sizi incitməzmi?

– Əvvəlinci təklif yox, ikincisindən inciyərəm. Mən onun həbs olunması tərəfdarı deyiləm.

– Yaxşı fikirləşinl Burada bir nəfərin həyat məsələsi həll olunur. Hərgah bu hadisə sizi az da olsa kədərləndirəcəksə, onu bizə xəbər verməlisiniz.

– Onun yaşaması həm mənim, həm də xalqın yaşaması üçün zərərlidir. Onun bir insan kimi dəyəri yoxdur. Havadan, sudan və günəşdən həzz almağa səlahiyyətli deyil. Bu mənim son sözümdür. Məni ondan xilas edin, ölənə qədər sizə duaçı olaram.

– Ö nə vaxt gələcəkdir?

– Bu gün axşam.

– Elə isə o bu gün axşam evə gələn kimi, yerə oturmağına macal verməyərək deyərsiniz ki, səni təcili iclasa çağırıblar.

– İclasın harada çağırıldığını demək lazım deyilmi?

– Deyərsiniz ki, iclasa çağıran adam dedi ki, cənab Rzabala 4-5 ünvana buyursunlar. Hərgah o gəlmək istəməsə, birtəhərlə küçəyə çıxıb qapınızdakı səkidə iki daşı bir-birinin üstünə qoyarsınız. Bu mümkündür ki?

– Mümkündür! Belə də edərəm, - dedi.

Nabat xanım vidalaşıb getdi, biz isə Rzabalanın iclasa gələcəyinə əmin idik, çünki o bizi təcili surətdə öyrənməli və sərdar Rəşidə xəbər verməli idi.

—ö— ə.

Rzabala içəri girdiyi zaman otaqda bir mən, bir də Tütünçüoğlu idi, yoldaşlardan dörd nəfər içəri otaqda oturub bizim qərarımızı gözləyirdi. Saat 12 idi. Hava çox soyuq və qaranlıq idi. Rzabala içəri girən kimi bizdən başqa bir nəfəri görmədiyi üçün soruşdu:

– Bəs yoldaşlar haradadır?

– İndi hamısı gələcəkdir. Siz bir az vaxtından tez gəlmişsiniz.

– Mən yarım saat bundan əvvəl səfərdən gəldim. Nabat xanım iclas olduğunu xəbər verdi, hələ içəri girmədən xurcunu evə verib iclasa tələsdim. Eybi yoxdur, bizə iclas hər şeydən vacibdir, hazırda çox məsuliyyətli zamandır. Yaxşı olar ki, belə iclasları çox tez-tez çağıraq, doğrusu budur ki, əziz yoldaş, biz öz səhvlərimizi gözdən keçirməliyik. Mənim zənnimcə, Təbrizdə yüz nəfərə qədər demokrat firqəsi üzvü vardır. Amma biz iclas zamanı 10-15 nəfərdən artıq görmürük. Əcəba, bunları intizam altına almaq lazım deyilmi?

– Elədir, Rzabalal – dedim. – Bu gecə sizi də ondan ötrü bura çağırmışıq. Əvvəlcə sizin özünüzdən başlayacağam.

Bu sözdə Rzabalanın rəngi ağardı, o sanki bir şey hiss etdi və:

– Məgər aaağa mə-mə-məni tanımırmı?

– Görünür ki, tanımamışam.

– Elə isə mən xudahafiz! İndi ki, cə-cə-cə-nab aaağa məndən şübhəlidir, mən bir də bura dolanmaram.

Qalxıb getmək istədikdə oturmasını əmr etdim:

– Otur! Buradan salamat dışarı çıxmaq üçün doğru danışmaq lazımdırl

Rzabala məsələni bu cür gördükdə, özünü tox və qorxmaz göstərmək üçün başqa cür danışmağa başladı:

– Siz heç bilirsiniz nə edirsiniz?

– Çox yaxşı bilirəm, səni burada həbsə almışam. Bütün xəyanətlərini boynuna götürməmiş bayıra buraxmayacağam.

– Sən bilirsən ki, bir kərə gözümü əysəm qaraməlikli və şeşgilanlılar sənin tükünü didərlər?1

– Eybi yoxdur, sən xəyanətlərini iqrar et, ondan sonra qaraməlikli və şeşgilanlılara gözünü əy ki, mənim tükümü didsinlər.

– Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz?

– Təbriz xalqının barəsində Məmmədəli şah dövründən başlamış indiyə kimi nə qədər şeytanlıq və casusluq etmisənsə, hamısını burada söyləməlisən.

– Çox eyib olsun ki, mənim 7 illik silah yoldaşım heç utanmadan mənə şeytan və casus adı verir. Bu mənim zəhmətlərimin mükafatıdırmı?

– İndi mən Təbriz yoxsullarının, Təbriz işçilərinin bir nümayəndəsi kimi səni mühakimə edirəm.

Bunu deyərək səslədim:

– Məhkəmə içəri buyursun! - dedikdə Pərviz, Quluzadə, Şəfi, Həsənağa içəri girdi, hər birisi öz yerini tutdu. Mən sözə başlayaraq:

– Rzabala Hacı Hüseynquluoğlu şeşgilanlı, 45 yaşında, tacir, ailəli, casusluqda nüüttəhim edilir, – dedim.

Rzabala yerindən qalxdı:

– Mən bu cürə oyunları sevmərəm. Sizi bir məhkəmə kimi də tanımıram! Hərgah məni mühakimə etmək lazımdırsa, məmləkətdə hökumət də var, məhkəmə də, – Rzabala bu sözü deyərək qapıya tərəf getdikdə Tütünçüoğlu onaçılanı çəkib onu oturmağa məcbur etdi. Rzabala oturdu, artıq o qorxur və titrəyirdi.

– Bu, nə hökumət və nə də şəriət məhkəməsi deyildir. Bu inqila» məhkəməsidirl Hərgah sən hökumət əleyhinə olsaydın, inqilab məhkəməsi səni müdafiə edə bilərdi. İndi isə söz sənindir, Məmmədəli şahın vəliəhd olduğu zamandan bəri olan əks-inqilabi fəaliyyətin barəsində danış! Lakin əyri işlərin haqqında doğru danış!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Susanna

Bakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.

8 dəq
Vasya menşeviklər təsirində

Neçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.

15 dəq
Qubernator Nakaşidze vuruldu

– Sən tabağını götür burdan çəkil!– Hara çəkilim?

21 dəq
Hökumətin ikinci xəyanətinə qarşı

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

13 dəq

Başqa şairlərin şeirləri