Sərdar Rəşidin iç üzü
Səhifə 1 / 4
Mahru özünə verilən tapşırığı unutmamışdı. O gecə saat on birdə otağında oturub, sərdar Rəşidin onu öz yanına çağırmasını gözləyirdi, çünki sərdar Rəşid Mahru olmadan yeməz, içməzdi, hər gecə onun şərab piyaləsini Mahru doldurmasaydı, dilinə şərab vurmazdı.
Bu gecə nədənsə sərdar Rəşid Mahrunu çox təxirlə öz yanına çağırdı. Mahru sərdar Rəşidin otağına girdiyi zaman o, əlindəki qələmlə qabağındakı bloknota bəzi şeylər qeyd edirdi: O, Mahrunu gördüyü zaman qələmi yerə qoyub:
– Mənim ruhum, - dedi, – sən mənim bu gecəmi də xoş keçir. Səni çox gec çağırdım, yatdığını və məni öz hüzurunun nəşələrindən məhrum etdiyini zənn edirdim.
Mahru ömründə birinci kərə olaraq bir kişinin ruhunu oxşaya biləcək və eşqin odlarını alovlandıracaq cümlələrlə danışmağa başladı:
– Mən bir kərə də olsa sənin iradən xaricində hərəkət etmişəmmi? – dedikdə sərdar Rəşid:
– Bu gün nə qədər ağıllı bir qız oldun! Əcəba, sən mənim iradəmə hörmət bəsləyəcək və məni öz həyatımdan məmnun etməyə çalışacaqsanmı?
– Hazırkı çərçivədən kənara çıxmamaq şərti ilə sənin bütün iradələrinə hörmət bəsləməyə hazıram. Məhəbbətimiz bir bacı-qardaş məhəbbətini təmsil etməlidir. Bu məhəbbət məndən hər nəyi tələb edirsə ifa etməyə söz verirəm.
– Biz ki, bacı-qardaş deyilik.
– Hərgah sən məni öz bacın deyə hər bir kəsə söyləməsəydin, o zaman mən səninlə bir qadın kimi danışardım, ya səni rədd edərək bu evdən gedərdim, yainki sənin tələblərinə təslim olub burada yaşardım. İndi isə gecdir. Bütün Təbriz xalqı, hətta ruslar, ermənilər də bilir ki, mən sənin bacınaml Əcəba, xalq sənin mənimlə bir ər kimi yaşadığını bilərsə, onda sənin vəziyyətin nə kimi bir şəkil alar?1 O zaman sənin düşmənlərin üstünə ayaq almazmı?
– Sən nə qədər ağıllı qızsan! Bütün dediklərin bir həqiqətdir, lakin hər kəsdə olduğu kimi mənim də eşqim, mənim də sənə olan məhəbbətim həqiqətlərlə hesablaşmır. Mahru, götür o konyakı, mənim piyaləmi doldur, gətir onu sənin əlindən alıb içim, heç olmasa bir kərə mənim sevgimə cavab ver!
– Piyaləni dolduracağam, lakin bizim əlaqəmiz bu çərçivədən kənara çıxa bilməyəcəkdir.
Mahru bunu deyərək sərdar Rəşidin piyaləsini doldurdu, özü də onun gözünün qabağında oturdu. Sərdar Rəşid ancaq Mahrunun əlindən konyak piyaləsini alıb içir və Mahrunun alnından öpməklə kifayətlənirdi.
Sərdar Rəşid bir az sərxoş olduqdan sonra Mahru sual verdi:
– Mənim dediklərimə əməl etdinmi?
– Hansı dediklərinə?
– Ninaya göndərdiyim sifarişlərimə.
– Sən özün bir yaxşı düşün! Əbülhəsənbəy sağ olduğu zaman Ninaya başqa birisinə ərə getmək təklifini etmək mümkündürmü? Sən özün Ninanın nə qədər ona bağlı olduğunu bilmirsənmi?
– Sən hərgah bu evdən çıxıb başqa bir adama ərə getmək istəyirsənsə, o zaman iki şeydən birisini etməlisən. Ya İraidanın yerini öyrənməlisən, yainki Ninanı bu evə gətirməlisən. Mənim sevgi məsələm bu üç adamın şəxsində həll olunmalıdır.
– Sözüm yoxdur, iki əvvəlincilərin barəsində çalışaram.
– Üçüncüsünün barəsində də düşünsəydin daha yaxşı olardı. Mahru, sən gəl bu evdən getmə! Mən qorxuram ki, mənim səadətim səninlə də bu evdən getsin. Əsəd kimdir ki, sən məni ona satırsan? Mən bir ölkənin hökmranıyam. O kimdir?
– Sən mənim bugünkü əlaqəmdən razı olsan və mənə başqa tələblər verməsən, mən də sənə söz verirəm ki, bu evdən çıxıb başqasına ərə getməyim. Buna razısanmı?
– Razıyam, sən mənim ömrüm olduqca gözümün qarşısında otur. Mən dünyanın səadətini sənin çöhrəndə, işıqlı günləri isə sənin qara gözlərinin bəbəyində görürəm. Sənin doldurub mənə verdiyin piyalələrin nəşəsi İranın padşahına da mümkün deyil. Razıyam, Mahru, mənə söz ver ki, sən Əsədə getməyəcəksən.
Sərdar Rəşid sərxoş olmuşdu. Şam süfrəsinə oturdular. Mahru onu bir daha içirdi, gəlib onu yatırtmaq üçün öz otağına apardılar. Mahru isə onun yazı stolunun başında oturub onun bloknotundakı qeydləri oxumağa başladı.
Şahzadə Əbülfət Mirzəyə!/
Cənab şahzadə, təklifiniz müqəddəs bir təklifdir. Lakin onun ikinci hissəsi ilə razılaşa bilmirəmə.
Sərdar Rəşid bloknotun başqa bir səhifəsində çar konsulu Belyayevə yazırdı:
4Cənab general!
Yaxın günlərdə Təbrizdə olan gizli inqilab komitəsi üzvləri və Təbrizdəki demokratların siyahısını sizə təqdim edə biləcəyəm. Demokrat firqəsi üzvlərindən şeşgilanlı Rzabala bizimlə təşrikməsai etməyə söz vermişdir, məzkur bir neçə günlüyə Kavkan şəhərinə gedibdir, inşallah qayıdan kimi tapşırdığımız vəzifəni yerinə yetirəcəkdirə.
Bir məktub də sədr-əzəmə yazılmışdı:
€Cənab müstətab, həzrət əşrəf sədr-əzəmin hüzuruna.
Şəxsi məktubunuzu oxudum, Rusiya general-konsulunun təzə təşəbbüsləri bəndələri də rəncidəxatir etmişdir. Konsul bir çox hadisələrdə İranın müstəqil bir hökumət olması məsələsi ilə heç də hesablaşmır. Konsul yenə də Azərbaycanın maliyyə işlərinə müdaxilə edir və İran hökumətinə vergi vermək istəməyənləri öz himayəsinə alırə.
Sərdar Rəşid bu qeydlərdən sonra çar konsuluna göndərmək üçün belə bir məktub da yazmışdı:
«Cənab general!
Hər halda bəndənin vəzifəsi və təklifi müəyyən edilməlidir. Bu gün sədr-əzəmdən töhmət məktubu almışam. Sədr-əzəm çar general-konsulxanasından maliyyə işlərinə qarışmamasını tələb etməklə İrana maliyyət verməyənlərin rus himayəsinə girməsinə etiraz etməyimi tapşırmışdır. Bəndə heç bir vaxt Tehran hökumətinin tələblərinə əməl edə bilməyəcəyəm. Cənab general bu barədə mənə kömək etməlidim.
Bloknotdan götürülən qeydləri nəzərə alarkən, sərdar Rəşidin bir neçə cəbhədə işlədiyi məlum olurdu.
Mahru bütün qeydlərin surətini çıxardıqdan sonra onun qutularının açıq olmasından istifadə edib, bir çox vəsiqələrin üzünü, uzun olanların isə qısa məzmununu yazıb götürdü, sonra bütün vəsiqələri olduğu kimi öz yerində qoyub, gecə saat 3-də öz yataq otağına çəkildi.
kok
Sərdar Rəşidin evindən əlimizə düşən vəsiqələr onun Azərbaycanın gələcəyi üçün çox qorxulu rol oynadığını göstərirdi. Bu rol Hacı Səməd xanın oynadığı rollara bənzəməzdi, çünki Hacı Səməd xan ancaq özünü bir ingilis və çar nümayəndəsi kimi aparır və bu iki hökumətin mənafeyini müdafiə edirdi. Lakin sərdar Rəşidin bir əli ruslarda və ingilislərdə, bir əli də osmanlı və alman dövlətlərində idi. O, xüsusi olaraq hər etimala qarşı özünü müdafiə etməyi düşünür və yuxarıda adı çəkilən dövlətləri özündən incitməməyə çalışırdı. Demokrat firqəsinin diqqət-nəzərini ancaq alman və osmanlı məsələləri cəlb edirdi, çünki alman və osmanlılar Azərbaycana bir dava edən dövlət kimi deyil, bir macəraçı kimi gəlirdilər. Buna görə də demokrat firqəsi silahını alman-osmanlı macəraçılarına və onların mənafeyini müdafiə edən sərdar Rəşidə qarşı çevirmişdi. Firqə bu münasibətlə Təbriz xalqına belə bir muraciətnamə buraxmışdı:
«Qəhrəman təbrizlilər! Bir neçə əsrdən bəri yazılan tarix səhifələri sizin qəhrəmanlıq dastanlarınız ilə doludur.
Siz ərəb və yunan istilasına qarşı fədakarlıqdan geri durmadıniz, ərəbləri Həmədan, Nəhavənd və Araz çayı kənarında döydünüz.
Boynunuzu əsirlik zəncirinə verməmək üçün osmanlı istilaçıları ilə bir əsr tamam müharibə etdiniz və hədsiz qurbanlar verdiniz.
Siz zalım Məmmədəli şah ordusunu Təbriz altından qovan təbrizlilərsinizl Siz istiqlaliyyət və azadlıq uğrunda aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsinizl
Bu gün yenə də tarixi imtahan vermək günüdür. Sizin öhdənizə mühüm vəzifələr düşür. Azərbaycanın siyasi həyatında çox qorxulu bir səhifə açılmaqdadır.
Azərbaycanın sabiq valisi Azərbaycanın minlərcə namuslu oğullarını məhv etdi, bütün ölkəni qarət edib Marağaya göndərəndən sonra özü də Azərbaycanı tərk etdi. Onun yerinə Tehran kabinəsinin məsləhəti ilə müavini sərdar Rəşid təyin olundu.
Qeyrətli, qəhrəman təbrizlilər! Siz sərdar Rəşidi Ərdəbildə hakim olduğu zamandan bəri tanıyırsınız. O bu gün Təbrizdə daha böyük bir xəyanətə əl vurmaqdadır. O, yalnız çar və ingilis mənafeyinə deyil, alman və osmanlı mənafeyinə də xidmət edir. Sərdar Rəşid Təbriz xalqının boynuna salmaq üçün təzə bir zəncir hazırlayır. cİttehadi-islamə şüarları altında çalışan osmanlı paşaları Təbrizi qarət etmək üçün hazırlanırlar. Onların «qardaşlıq köməyinə gəlirik? deməklərinə inanmayın! Onlar yaxın keçmişdə bir neçə kərə Təbrizi qətl-qarət etmişlər. Onlar heç bir vaxt bizə istiqlaliyyət verə bilməzlər. Sərdar Rəşidin ətrafına toplanan köhnə ve təzə mürtəcelərin verdiyi vədlərə inanmayın! Tehran vəzirlərindər də nicat gözləməyin, çünki onların hər birisi bir müstəmləkəçinin qucağındadırl
Məmmədəli şah, Eynüddövlə və Rəhim xanlara qarşı göstərdiyiniz qəhrəmanlığı sərdar Rəşidə qarşı olan mübarizədə də göstərin! Üç-dörd tərəfə işləyən bu xainin mübarizəsinə hazırlaşın!
İnqilab komitəsi».
İnqilab komitəsinin intibahnaməsini Təbriz divarlarında görən alman-osmanlı əks-kəşfiyyatı da təbrizlilərə müraciət edirdi. Onlar da xalqı «İttihadi-islampa dəvətedici intibahnamələr buraxırdılar. Lakin kütlə onların intibahnamələrinə heç də əhəmiyyət vermirdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-serdar-residin-ic-uzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
XəstəxanaGənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.
KarvanMən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.
Kənd alverçisi1Görməmişdi ümum kəndistan