Sərdar Rəşidin iç üzü
Səhifə 3 / 4 · 50%
Bu xəbərlər bizim üçün ən lazımlı xəbərlər idi. Buna görə də Mahrunun əlini sıxıb:
– Mən sizə yalnız öz tərəfimdən yox, bütün yoldaşlarımızın tərəfindən təşəkkür edirəm, – dedim.
Axşam çağı idi. Hava olduqca soyuq idi, oktyabrın ikinci yarısında indiyə qədər görünməyən soyuqlar keçirdi, mən yenicə evə gəlib sobanın qarşısında oturmuşdum. Məcidin dərslərini gözdən keçirir və ona bəzi suallar verirdim.
Həsənağa tələsik içəri girərək məni görmədən Ninaya muraciətlə:
– Nina bacı, dadaşım evdədirmi? – dedikdə Ninadan əvvəl mən cavab verdim:
– Evdəyəm! Gəl görüm nə xəbər vardır?
– Bu saatda konsulxana qapısından keçirdim, Hacı Səməd xan yanında olan iki nəfər çar zabiti ilə bərabər gəlib konsulxanaya düşdü.
– Otur, – dedim, – otur, bir az qızış. Ondan sonra da düz-doğru sərdar Rəşidin qapısının ətrafına gedib oradan mənim üçün xəbər gətir. Orada bu hadisə münasibəti ilə nə kimi təzəliklər olduğunu lazımınca öyrən!
Həsənağa təzəcə durub getmişdi ki, mən Tütünçüoğlunu gözləyirdim. Onu Savucbulağa göndərəcəkdik, buna görə də dalınca adam göndərdim, lakin çox yubanmışdı. O, gecə saat birdə gəldi və şəhərdə böyük bir həyəcan olduğunu xəbər verdi.
– Demək olar ki, Səməd xanın gəlməsi münasibətilə şəhər böyük həyəcan içərisindədir. Hacı Səməd xanın düşmənləri öz ailələri ilə bərabər Təbrizdən qaçır. Səməd xan gedəndən sonra həbsxanadan azad olanlar və qaçqınlıqdan gələnlər tamamilə şəhərdən çıxıb gedirlər. Hacı Səməd xanın adamları yenə də küçələrdə və konsulxana ətrafında görünməkdədirlər. Bir çox qapılarda yenə də çarın himayə bayrağı asılmışdır. Şəhər başlı-başınadır. Sərdar Rəşidin polis nəfərlərindən və alanlardan bir nəfər də olsa bayırda yoxdur. Buna görə də ayıq olmaq lazımdır. Uşaqların bir neçəsinə xəbər vermişəm, bu bir neçə gün onlar o tərəflərdə dolanıb özlərini mühafizə etməlidirlər.
– Çox sağ ol! – dedim. – Ancaq sənə başqa vəzifə tapşırmaq istəyirik. Yoldaşlar, sizin Savucbulağa gedib oradan vəziyyəti gündən-günə bizə xəbər verməyinizi məsləhət görüblər. Özünlə bərabər səkkiz nəfər də aparmalısan. Hərgünkü xəbərləri öz adamlarımız vasitəsilə göndərməlisən. Sənin oradakı mühüm vəzifələrindən birisi də, oradakı mücahidləri təşkil etməkdən ibarət olacaqdır. Sən onları qandırmalı və inandırmalısan ki, Təbriz inqilabçıları bu hərəkətdə iştirak etmir. Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin bu hərəkəti özbaşınalıqdır. O bu barədə bizim razılığımızı almamışdır. Sən İstanbuldan gələn mücahidlərə anlatmalısan ki, bu hərəkət İran xalqının zərərinədir, bu hərəkəti osmanlı-alman hökumətləri rusların əleyhinə düzəltmişlər. Bunun heç bir müvəffəqiyyəti ola bilməyəcəkdir. Nəticədə yenə də İran yoxsulları bədbəxt olacaq, yenə də zərəri Təbriz çəkəcikdir. Sən mücahidlərə deyərsən ki, bu gələn yığıntı dəstələrin Təbriz xalqını talan etmək ehtimalı da vardır. Ona görə də biz Təbrizdəki yoldaşları hər ehtimala qarşı silahlandırmışıq. Hərgah onlar bizim düzəltdiyimiz şəxsi müdafiə dəstəsi ilə razılaşırsa, onların siyahısını düzəldərsən, onların hər birisinə on tümən də pul verərsən...
Tapşırıqlar bitdi, Məşədi Kazım ağa lazım olan paraları gətirib Tütünçüoğluna təhvil verdi. Kiçik rus naqanları və əl bombaları ilə silahlanmış doqquz nəfər səhər saat altıda Təbrizdə hərəkət edəcək idi.
Gecə saat ikiyə işləyəndə Həsənağa gəldi və sərdar Rəşid haqqında məlumat verərək sərdar Rəşidin özünün hamıdan əvvəl Təbrizdən çıxdığını Baba bağına və yainki Nemətabada köçüb getdiyini, yanınca nökərləri və sair xidmətçilərindən çox az adam apardığını söylədi.
Nina ona sual verdi:
– Bacısını da aparmışdırmı?
– Görmədim, başqalarından da soruşa bilmədim.
Hələ Həsənağa sözünü bitirməmiş qapı vuruldu azdan sonra Mahru xanımın gəldiyini xəbər verdilər. Mən heç də onun bu cür qorxulu bir gecədə bayıra çıxacağına inanmırdım: buna görə də ona sual verdim:
– Əcəba, siz qorxmadınızmı?
– Evdə qalmaq bundan da qorxuludur – Mahru titrək bir səslə dedi. – Evin dağıdılmaq və qarət olunmaq ehtimalı vardır. Sərdar Rəşid şəhəri buraxdı, məncə, o, qorxusundan qaçmadı o, bir hiylə üzərinə Təbrizi buraxdı. O məni aparmaq üçün çox çalışdı, getmək istəmədim, nəhayət, o, tapançanı çəkib məni öldürmək istədi, yenə də getmədim. Hər halda, evdə qalmaq da mümkün deyildir. Evdə böyük hərc-mərclikdir. Kənardan heç bir şey ola bilməz, mənim qorxum onun ərdəbilli nökərlərindəndir. Onların hər birisi sərdar Rəşid kimi həyasızdır, onlar üçün ana-bacı yoxdur, olduqca vəhşidirlər. Buna görə də köçüb Nina bacının yanına gəldim.
Mahru çarşabını götürüb oturdu. Biz hələ yemək yeməmişdik, o da bizimlə bərabər süfrədə iştirak etdi. Redikülündən sərdar Rəşidin Tehrana vurduğu teleqramın surətini çıxarıb mənə verdi:
(Səməd xan şəhərə daxil oldu. Şəhərdə həyəcan və iğtişaş baş verməkdədir. Şəhəri buraxmağa məcbur oldum. Vəziyyəti təfsilən xəbər verərəmə.
ek
Üç gündən bəri idi ki, Tehranla Petroqrad və Təbriz arasında müzakirə davam edirdi. Baş vəzir Mustofil-məmalik və xariciyye vəziri Tehranda Rusiya səfiri Etterə nota verib Qafqaz canişininir Hacı Səməd xanı ikinci kərə İrana gətirməsini İranın daxili işlərinə müdaxilə kimi mənalandırırdı.
Nəhayət, İranın bir neçə nota və protest teleqramına cavab olaraq Rusiya xariciyyə naziri Sazonov Hacı Səməd xanın bir qoşun komandanı, bir çar çinovniki kimi İrana gəldiyini və İran torpağını osmanlılara qarşı müdafiə edəcəyini xəbər verməklə İran əfkari-umumiyyəsini sakit etdi.
Rusiya xariciyyə naziri, eyni zamanda Təbriz konsuluna müraciətlə Hacı Səməd xanın mövcud olan qoşun ilə Savucbulaqdan osmanlıları çıxarmaq üçün Təbrizdən hərəkət etməsi əmrini verdi.
Hacı Səməd xan öz qüvvəsini hazırlamaq və hücum halına gətirmək üçün Marağa şəhərinə köçdü. Lakin mövcud olan rus qoşunu ilə osmanlıları Savucbulaqdan çıxarmaq mümkün olmayacaqdı, burada yerli xanların və əşirətlərin də iştirak etməsi lazım idi.
Hacı Səməd xan Marağada olduğu vaxt Azərbaycan xanlarına təcili teleqramlar və qasidlər göndərib bir həftəyə qədər öz silahlı qüvvələri ilə bərabər Marağada toplanmalarını əmr etdi.
Çar konsulu Təbriz xalqını sakit etmək və Hacı Səməd xanın arxasını təmin eləmək üçün də ikinci nökəri olan sərdar Rəşidə muraciət edib onu Təbrizə dəvət etdi. Konsulun ona göndərdiyi məktubunda belə yazılırdı:
4Cənab Hacı Şücaüddövlə öz vəzifəsini ifa etmək üçün Təbrizdən Marağa şəhərinə hərəkət etdi. İndi həzrət əşrəf Təbrizə gəlib öz vəzifəsini ifa etməlidir. Eyni zamanda həzrət əşrəf həyəcana gəlmiş və şəhərdən qaçmış xalqı da əmniyyətə dəvət etməklə öz yerinə qaytarmalıdır. Həzrət əşrəf əfkari-ümumiyyəni çarın İran işlərinə müdaxilə etmək istəmədiyinə inandırmalı və onlara izah etməlidir ki, bütün təşəbbüslər İranın istiqlaliyyətini müdafiə etmək və Təbriz xalqının malını, irz və namusunu mühafizə eləmək üçündünrə.
Konsulun bu məktubundan sonra sərdar Rəşidin Təbrizə qayıtmaq xəbəri şəhərə yayıldı.
Ümumi iclas çağırıldı. Yenə də müdafiə tədbirləri və silahlı qüvvə təşkili məsələləri qoyulmuşdu. Biz həmin bu məsələləri müxtəlif şəkillərdə olaraq bir neçə kərə müzakirəyə qoymuşduqsa, əksəriyyət qazanmamışdıq. Buna baxmayıb yenə də müzakirəyə qoymuşduq.
Bir çox yoldaşlar yenə də əksəriyyət qazanacağımıza inanmadıqları üçün bu iclası tamamilə artıq hesab edirdilər.
İclası mən açdım. İclasın məqsədini və gündəlik müzakirədə duran məsələləri elan etməzdən əvvəl son hadisələr və onların nə kimi bir məqsəd daşımaları haqqında iclasdakılara məlumat verməyə başladım. Sərdar Rəşidin üçtərəfli və xain siyasət aparması məsələsinə keçərkən yenə də yerlərdən:
– Uydurmadır!
– Əsli yoxdur!
– Həqiqətdən uzaqdır!
– Böhtandır!
– İftiradır!
– Günəşin qabağına pərdə çəkməkdir! – deyə səslər ucaldı.
Mən bu səsləri çox soyuqqanlı bir surətdə eşidirdim. Səslər sakit olduqdan sonra yenə də sözə başlayaraq dedim:
– Əziz yoldaşlar! Mən sizinlə yeddi ildir ki çalışıram. Sizdən bir nəfər də olsa mənim bir kəsə böhtan və iftira dediyimi göstərə bilməz. Bu barədə sizdən cavab gözləyirəm, danışın! Hər kəs bu barədə bir söz eşidibsə desin!
Hamı bir səslə:
– Xeyr, eşitməmişik! – dedi.
– İndi ki, eşitməmisiniz, bundan sonra da eşitməyəcəksiniz. İndi mənə qulaq asın. Sərdar Rəşidin alman dövləti ilə əlaqəsinə dair əlimizdə vəsiqə vardır. Onun Əbülfət Mirzəyə yazdığı məktubun surəti bizdədir. Buyurub baxa bilərsiniz! – bunu deyərək məktubu portfelimdən çıxarıb göstərdim. – Bu da onun çar konsuluna yazdığı son məktubdur. Bu da onun Hacı Mirzağa Bülluriyə göndərdiyi məktubdur. Hamısını sizin üçün oxuyuram. İndi siz İranın Rəşid oğlu? deyə nüfuzunu qaldırmaq istədiyiniz sərdar Rəşidin iç üzünü görün!
oko
İclasdan çıxıb evə gəldim. Gecə saat bir idi. İclasımız yenə de İmam Hüseyn təziyəsi pərdəsi altında keçmişdi. Bunu Nina da bi lirdi, buna görə də o məni görən kimi:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-serdar-residin-ic-uzu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
XəstəxanaGənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.
KarvanMən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.
Kənd alverçisi1Görməmişdi ümum kəndistan