Təbriz şəhərinin havası və təmizliyi
Səhifə 10 / 11 · 82%
Axşamdan sübhə qədər Münəvvər xanım yatmadı, uşaqlığın məs’ud günlərini, təhsilin qiymətli saatlarını mücəssəm edib gələcəkdə, yə’ni mənhus olan istiqbalında gördüyü bəlalarə, müsibətlərə müqabil qoyaraq ağlayırdı, tainki gün çıxmışdı. Böyükxanım qonaq otaqlarını döşəyib ziynət verdirmişdi. Ortalıqda müzəyyən xonçalarda əlvan şirniyyat və sair Şərq adətincə ləvazimati-məşrubat, halviyyat döşənmişdi. İki gün əvvəl Münəvvərin zifafına də’vət olunmuş xanımlar yavaş-yavaş gəlib yuxarı başa keçirdilər. Böyükxanım da ayaq üstündə gələnlərə yer göstərir, hər bir xanımı özünəməxsus və münasib bir yerdə oturdurdu, hər kəsə bir xoş dil deyib danışdırır, hər kəsin özünə layiq qəlbini alır... Digər birisinə: sən allah, niyə qızı ərə vermirsən? Ərə getməli vaxtından da keçibdir. Bizim Münəvvərdən üç ay da böyükdür — deyib məzah edirdi. Sonra bir özgə övrətə, allah oğluva, bacın uşaqlarına qismət eləsin! Mən də inşallah gəlib oynucağam, siz allah bir toy başlayın, görək başımıza nə gəlir. Vallah qüssədən bağrım çatladı, deyirdi. Yenə bir əlahiddə xanıma dönüb deyirdi: qızlar, sizin cümləniz təzə ərə getmisiniz, hamınızın da toyunda oynamışam, indi gərək hamınız oynuyasınız, hətta Münəvvəri də gətirib oynadacağam! Gərək özüm də oynuyam, boşuna deyil, bu qız toyudur, iki oğlanın başında bir qız tapmışam, gərək arzumu götürüm. Böyükxanım otaqda dolanır, gülür, danışır, birisini dəsmalı ilə vurur, birisinə qaş atır, birisinə də göz basıb gülür, keçir, əyninə faxir libaslar geyib Şərq və İran övrətlərinə məxsus ziynətləri bütün-bütünə riayət etmişdir. Başında nazik zərinə mə’cər, altından tükləri görünür, mə’cərin uclarını çənəsindən qaytarıb çiyninə salmışdır. Əynində atlas nimtənə, boynunda qızıl və mərcanlar hər tərəfdən asılmış, qulaqlarında mirvarid ilə düzülmüş guşvarələr, əynində sayir İrana məxsus libaslar geyib otaqda gəzirdi. Üzünü sazəndələrə tutub deyirdi: Bir yaxşı çalın, özüm oynuyum, mən bilərəm əvvəlcə kimi oynatmağa qaldıracağam... Sazəndələr şövqilən çalırdılar, Böyükxanım da düşüb ortalıqda oynayırdı, övrətləri bir-bir qaldırırdı. Ortalıqda olan övrətlərin oynamaqlarının xatirəsi üçün ətrafda əyləşən övrətlər də əllərini bir-birinə çalırdılar. Bir-birinə mərbut olan otaqlar elə gurultu tutmuşdu ki, qulaqları tutmamaq mümkün deyil idi. Ortalıqda olan şirnilərdən sərf olunub ayaq üstündə olan xanımların başına (dühəzari) iki qranlıq gümüş pullar şabaş edirdilər. Bu vaxt sazəndələr dairələri əllərinə götürüb «Tahir Mirzə» hekayəsini oxuyub çalırdılar. Amma Böyükxanım da səsini onların səsinə qatıb şövqilən oxuyurdu.
Sonra Böyükxanımın yekanə rəfiqələrindən bir-bir, iki-iki, Münəvvərin başı üstə gəlib öz əqillərinə, qanacaqlarına görə nəvaziş edirdilər, üzündən öpürdülər, amma Münəvvər xanım ağlayırdı. Göz yaşı balışa tökülürdü. Heç kəsə cavab vermirdi, heç kəsi də danışdırmırdı. Ancaq danışdığı mazisi və istiqbalı idi, daima mazisini vida etdiyi kimi, istiqbal və halına nifrin edirdi. Kah da Olqanın vidaindəki yazılan məktubunu oxuyub göz yaşına şiddət verirdi. Lakin Münəvvər xanımın bu qədər müsibətinə giriftar olan qəlbi təhəmmülə malik olmadığı halda bir başqa müsibət də üz verirdi. O müsibət nə idi? Məşhur məşşatə Leylabəyim xanımın Münəvvərə ziynət vermək istəməsi idi.
Bəylərbəyinin övrəti Şahnəvaz xanımın məşhur məşşatəsi Leylabəyim gəlib Münəvvərin başı üstündə deyir: Münəvvər, allah qoysa, bəzəkdən yaxşı çıxacaqdır. Sizə deyirəm bir saatdan sonra bu bir gəlin olsun ki, bütün Təbrizdə barmaq ilə göstərsinlər. Bəxtəvər Qulam xan! Gör bir neçə mələk-huri kimi qıza sahibləndi!? (Münəvvər xanıma) sən də çox təpik atma, Qulam xan özü səndən də gözəldir! Bütün Təbrizdə şöhrəti vardır. Tez ol, dur o biri otağa, bəzədim qurtarsın! Münəvvər xanım bu sözləri eşitdikdə rəxtxab içində bihuş olan atasına baxırdı, gözlərini yaş ilə doldururdu. Bu isə bir istimdaddan ibarət idisə də fayda vermirdi. Çünki Rzaqulu xan və o əzəbiyyat mücəssəməsi baxırdı, eşidirdi, amma cavab vermək iqtidarına malik deyil, ancaq qızının istimdadiyanə göz yaşı tökməsinə müqabilə edirdi. Münəvvər xanım atasından naumid olduqdan sonra dönüb Böyükxanıma, xələcanla Leylabəyimə cavab verdi; səndən xahiş edirəm ismət və hesiyyata xələl yetirən sözlər danışmayasan! Səndən kim sual edir ki, Qulam xan neçədir, yainki məni tə’rif etmiş sənə nə hasil olacaq? Bunlar cəhalətdən başqa bir şey deyil! İnsaf elə, sənin sinninə, qocalığına bu sözləri danışmaq yaraşarmı?
Leylabəyim xanım — Dinməz, söyləməz dur keç o biri otağa, bəzədim qurtar! Vaxt keçir. İndi fayton gələcək, aparırıq, bir də təzə gəlin çox dil uzatmaz! Sənin bu sözlərinin şikvəsini, kileyini Şahnəvaz xanıma eliyəcəyəm.
Münəvvər xanım — İnsaf eləyin məndən nə istəyirsiniz? Bir mülahizə eliyin! Özüm naxoş, təhsildən, arzudan naumid, yoldaşlarım gözüm görə-görə öz arzularının dalınca getdilər, nazpərvərdə iki qardaşım qürbətdə qalıb, atam rəxtxabda, vallah indi bu saat mən özümü təzə dünyaya gəlmiş bir səğir uşaq hesab edirəm ki, cəmi işləriniz mənə təəccüblü gəlir. Çünki mən gözümü açıb özümü bir firəng övrətinin təhti-tərbiyəsində görmüşəm. İndi buna cəhət sizin cəmi işləriniz mənim nəzərimdə əql və insaniyyətə müğayir bir şey kimi görünür. İndi mən sizin cəmi işlərinizə biganəyəm, bir də insanı bəzətmək, şəkildən şəklə salmaq nə mə’na verir? Allah xatirəsi üçün məni incitməyin, məndə taqət yoxdur, qəbrə getmək, əsir olaraq bir zalım kişinin əlinə tapşırılmaq üçün ziynət nə gərəkdir?
Münəvvər xanımın bu suzişli əczi cəhalətə bir tə’sir bəxş edəmədiyi üçün övrətlərdən birisi külə-külə onu qucaqlayıb bəzətmək üçün xali bir otağa keçirdilər. Amma Münəvvər deyirdi: Xudavənda, məni öldür, qurtarım, bu müsibətlərə taqətim yoxdur.
Münəvvər xanımı taxtın üstündə yatırdılar. Leylabəyim məşşatə başının üstündə əyləşib ona ziynət verirdi. Münəvvər xanım öz bəxtindən şikayət etməkdən başqa daha başqa iqadamatə mütəcasir deyil idi, öz bəxtinə xitabən deyirdi: ah mənim bəxtim, sən heç gülmədin! Sən məni bir vaxt uşaqlığın zamani-səfalətində, kəhvarələrdə, kah nənnilərdə əsla qanmaqsızın saxladın sonra mənə muavinət edəcək, yar olacaq kimi göründün! Mən şadlandım, məsrur oldum, indi mən anladım ki, o müvəqqəti və müstəar məsruriyyət öz-özümü məsxərə edəcək kimi bir işdi. Zira ey naməs’ud bəxtim, sən məni o müvəqqəti məs’udiyyətimdə də istiqbal xəyalına mübtəla edib aləmi düşünməyə, danışmağa, gülməyə də qoymurdun... Mən istiqbal xəyalı ilə çırpınıb dəhrin girdablarında qütəvər olurdum. İndi anladım ki, sən o vaxt kənardan durub mənə gülürdün. Məsxərə edirmişsən. İndi mən qərq olacaq hala qaldım, mazini, istiqbalı da unudub, halımı da itirib sənin təftişində əl-ayaq atıram, çırpınıram. Ey bəxt, hərçənd əməl və arzu sahibi olan qızlara ölüm çox acı və zəhərlidir, lakin cəhl ilə həmmeydan olub nəhayət cəhalətə məğlub olmaq, cühhalə təslim olmaq pək acı, pək zəhərnakdır.
Balaca Münəvvər sızıldayırdı, Leylabəyim də ziynət verməyə başlayırdısa, bu fikri bir fikiri-məcnunə idi, zira sənətin təbiətə qarşı daima bir iş və təbəddulat əmələ gətirə bilməməsi göz önündə olduğu üçün Leylabəyimin Münəvvərin çöhrəsində mövcud olan təbii və xudadad bir ziynətə sün’i olaraq bir ziynət əlavə etməsi cinayətdən başqa bir şey olmazdı. Üzünə ziynət verirdilər, lakin gözlərindən axan sirişki-təhəyyür, əşki-təhəssür ziynətləri yuyaraq təbiətin sənayeyə qarşı mətanət və izhari-qüvvət etməsini aşkar bildirirdi. Bəxtsiz balaca Münəvvər təzəcə sürmə çəkilən şəhla gözlərinə xitabən deyirdi: ey doyunca bir işıqlı aləm görməyən gözüm, ey qaranlıq və zülmətdən kənar olmayan göz mərdüməki! İndi sənin ətrafında bir qara xətt də çəkildi, ağlamaq bacararsan isə ağla, o qaranlıq hasarı seylabi-əşk icrasına müqtədir isən seylabə ver!!! Dağıt!
Münəvvər xanım gözlərini ətrafa dolandırdığda göz yaşı tökub sürməni, sayir ziynətləri yuyub tökürdü. Ondan sonra Münəvvər daranıb toplanmış zülflərinə, saçlarına xitabən yalvarırdı: ey nəzafət və təmizliyinə çalışdığım tüklər, indi mən əsir oluram, siz də mənim zəncirim kəsildiniz!!! Məğlubiyyətin, əsirliyin müqəddəməsini siz mənə acı bir lisan ilə ixtar etdiniz!
Münəvvər xanım bütün ə’zasını dəryad edib nöqtəbənöqtə müxatəb edib ağlayırdı. Gün batmışdı. çıraqlar da yanmışdı, amma neçə müddət idi ki, heç bir çörək və bişmiş təam sərf etməmiş idi, buna cəhət yavaş-yavaş qəşş halətinə gəlib başı yerə düşdü, nə ağlamaq, nə də gülmək bacarmırdı. Bu vaxt bəylərbəyinin faytonu qapıda dayandı. Bəylərdəyinin övrəti Şahnavaz xanım, dalınca nökərlər, qaravaşlar gəlin aparmağa gəlmişdilər. Şahnavaz xanım Münəvvərin başı üstünə gəlib üzündən öpüb deyirdi: dur ayağa, rahrast min faytona gedək! Özünü yalandan ölüm adilə adlandırma, naxoş olma! Ondan sonra da Böyükxanım gəlib məzəmmət edib deyirdi: Qız, allah xatirinə məni rüsvay eləmə! Dur dinməz-söyləməz düş qabaqlarına get! Münəvvərin qorxu və iztirabından ürəyi döyünürdü, ağzı, boğazı quruyurdu, tez-tez dilini çıxarıb nazik dodaqlarını isladırdı, deyirdi: Siz allah, məni bircə atamın yanına aparın. Ona bir deməli sözüm qalıbdır. Münəvvəri yenə övrətlərdən biri qucaqlayıb atasının yanına apardı... Münəvvər kamali-şiddətlə ağlayıb atasının rəxtxabinə döşəndi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebriz-seherinin-havasi-ve-temizliyi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.*Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Balaca felyetonSosialistlərin məramnaməsini göndəriblər məşhur müctəhid Mirzə Hüseyn Nainiyə; fitva göndərmişdir ki: bu əqidədə olanların arvadları boş və malları palaldır. («Siyasəti-islami» qəzetindən)*Bir müctəhidəm varmışam hər işdə kamalə
Bu gün...İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.*İranda bu gün hökm sürür sülh-səlamət
Və’dəNəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Başqa şairlərin şeirləri
Günəş saraldı, söndü,Yavaş-yavaş büründü
Ey bolub eşqdə divanəvü rüsvay könülEy bolub eşqdə divanəvü rüsvay könül,Yüzünə çirmaşib ol zülfi-səmənsay könül,
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,