A dostlar
Yenə qaşlarınız niyə çatıldı,Deyin, qəlbinizdə nə var, a dostlar?!Söyləyin, hər yandan sıxırmı sizi,Qalın daş divarlı hasar, a dostlar!..
Toxundu qəlbimə bu gün bir baxış,Bilirəm, çox vurub onu qar, yağış...Sizi qorxutmasın nə boran, nə qış,Gələr mövsimində bahar, a dostlar!..
Boşa getməyəcək axan bu qanlar,Bu vəhşi qırğınlar, vəhşi talanlar,Bir gün döyülənlər, ayaqlananlarÖz intiqamını alar, a dostlar!..
Vaxt olar burada dəyişər zaman:Dağların döşündən çəkilər duman,Xalqın aşıqları Ərkin başındanSədəfli sazını çalar, a dostlar!
Şərəfli bir ümid, böyük bir inam,Bizi düşündürür hər səhər-axşam...Haraya üz qoysam, harada olsam,Əliniz əlimdə qalar, a dostlar!Təbriz, aprel, 1942
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-a-dostlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Oxu, Zeynəb!Vətən bülbülü Zeynəb Xanlarovaya*Bir bülbülsən gül bağında,