Baxıb dağ döşündə ağaran qara,Mən – ağdır! – deyirəm, o deyir – qara!Gəl bunu başa sal, yox, yox, çətindir.Hər kəsin öz gözü, öz eynəyi var.Hər kəs bu dünyanı bir sayaq görür,Müvafiq olmayır bəzən baxışlar.

Birisi hünəri özündə görür,Birisi məftundur şöhrətə, ada.Birisi dindardır “qadir qüvvə”ninAyağına yazır nə var dünyada.

Mənsə, bu dünyanın öz övladıyam.Bu torpaq mehriban, əziz, anamdır.Babam xım daşını qoymuş, bu yurdum,Mənim aləmimdir, mənim dünyamdır.

Duyur, hiss edirəm dövrü, dövranı,Bilirəm bu məkan, bu zaman nədir.Çox aydın görürəm dünyanı, çünkiGözlüyüm gözümün düz üstündədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən