Dünyadır
Biri tərəzidə nəyi var, çəkir,Birinin başını yorur min fikir,Biri gözü yolda intizar çəkir,İntizarlı, intizarsız dünyadır.
Yerlər var ki, müdam qardır, yağışdır,Bilmək olmur o bahardır, ya qışdır.Deyirlər ki, yanlış da bir naxışdırHarda qarlı, harda qarsız dünyadır.
Kim satır, kim alır, ondan qazanır,Kim zərərə düşür, alışıb yanır.Alveri çox təmiz bir sənət sanır,Kimə karlı, kimə karsız dünyadır.
Hər ölkədə müxtəlifdir məzəndə,Günah nə səndədir, nə də ki məndəQazanan da deyir, mal itirəndəKimə varlı, kimə varsız dünyadır,
Biri qonşusuyla olur canhacan,Biri qohumlardan qaçır çox zaman.Mini gileylənib deyir-tanışdanEtibarlı, etibarsız dünyadır.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-dunyadir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
BuludlarYenə ağ çalmalı Kəpəzin üstdə,Çətir tək durmusuz, qara buludlar,
Ay üzə-üzəHicran xəstəsiyəm alagöz pərim,Yetiş imdadıma, ay üzə-üzə.