Yetişdi may bayramı,Geyib bəzəndi hamı.Hər yan çalan, çağıran,Mahnı deyir qız, oğlan.

Axın-axın insanlarNümayişə çıxdılar.Uşaqlar da qoşun tək,Küçələrdən keçərək,

Axına qarışdılar,Çaylar kimi daşdılar.

Balalar da səsini,Öz könül nəğməsini,Bu şənliyə qatdılar,Bir ahəng yaratdılar...

Sonra əziz körpələr,Dillərində nəğmələr,Dolandılar meydanı.Sərin düşən zamanı,Göy bağçaya gəldilər,Oturub dincəldilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri