Çalış, qalma ayaqdanƏzəl ayaqdan qalan,Sonra da əldən qalır.Hərəkət et, sübhi-şamƏldən-ayaqdan qalan,Nəhayət, dildən qalır,Həmişə birlikdə ol,Qaynayıb qarışmayanObadan, eldən qalır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri