Otlar yanır, yaralır,Yarpaqları saralır.Çiçəklərin, güllərin.Saçaqlı sünbüllərinYerə dəyir başları,Arpa, buğda sapsarı...

Tarlalara baxın bir,Vurhay taxıl biçilir.Çöllərdə səhər erkənMaşınların səsindənDağlar, daşlar səslənir,Boz yamaclar bəzənir.

Parıldaşır yabalar,Göyə dəyir tayalar.Qadın, kişi, qız, oğlanİşləyirlər canhacan!

Hər kim yayda işləməzQış günləri ac qalar.İşləməyən dişləməz,Çörəyə möhtac qalar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar