Mən səni seçdim ki, yoldaş mühəndis,Geceli-gündüzlü çalışıb həmən –Qızıllar yatağı Azərbaycanda,Yeni dəfinələr kəşf eləyəsən.

Mən səni seçmişəm, əmələ qardaş,Gözəl paytaxtımız şən olsun deyə.Çalış, əl qabarın, alın tərinlə,Möhtəşəm saraylar ucalsın göyə.

Mən səni seçdim ki, su kəmərləriÇəkəsən dağları yarıb dərindən.Durna gözü kimi dum-duru, sərinÇay axsın Bakının küçələrindən.

Mən səni seçdim ki, ölməz bir iş gör,Bilər qiymətini bizim nəsillər.Arazın belindən bir körpü çatsan,Torpaqdan-torpağa istilik keçər...

Mən səni seçdim ki ana kəndiməTelefon çəkilsin bu illər, hökmən!Bakıdan birbaşa danışıb hərdən,Xəbər tuta bilim doğma elimdən.

Mən səni seçdim ki, yoldaş aqronom,Ağaclar yanmasın, güllər solmasın.Çalış, bərəkətli qırmızı buğdaElin anbarından əskik olmasın.

Mən səni seçdim ki, dəyişsin iqlim,Çöllərdə gül bitsin, qanqal bitməsin.Turac ovlamağa bizim ovçular,Bir də Abşerondan uzaq getməsin.

Mən səni seçdim ki, bizim elatınHər yanı al-yaşıl bağça, bağ olsun,Geniş meydanlarda yansın fənərlər,Gecələr kəndimiz çilçıraq olsun!

Mən səni seçəndə, möhtərəm alim,Yeri də, göyü də süzdüm bir anda,Yeni yeri seçdim mən bu cahanda...Sənin də ayağın görürəm, budur,Torpağın üstündə çox möhkəm durur.Yer hey dolanmışdır Günün başına,Demədim, bir anlıq dursun, dayansın,Sən elə qaldır ki, yer kürəsiniQoy Ərzin başına Günəş dolansın!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən