– Sən kimi axtarırsan.Mənimlə nə işin var?Əzrayılam, gəlmişəm...– Acizləri get axtar!..– Yox, gedəsi deyiləm.– Mən insanam, başa düş!Nə dəmirəm, nə daşam.Ellərin ətəyindən,İllərin yaxasındanÇox yaman yapışmışam.Sən mənə yalvarmadın?– Yox, ummadım kimsədənNə mərhəmət, nə kərəm.Sənətimin gücüyləYaşamaq istəyirəm,Yaşamaq istəyirəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri