– Niyə xəstələndin, əziz ürəyim,De, səbəb nə oldu, səbəb kim oldu?Bir müddət dinmədi... Sonra kədərliÜrək cavab verdi: – Ürəyim oldu.

Qəfəsdə neçə il ömr eləyər quş?Yetmiş ilə yaxın sənin sinəndəMən bir gün, bir saat dincəlmədim heç,Döyündüm, döyündüm, yazığam mən də,Çırpındım qəfəsə dönmüş sinəndə.

Gecəli-gündüzlü, həm də biaram,Xoşuma gəlməyən yüklə yüklədin.Gah dərin dərəyə endirdin məni,Gah uca, boz daşlı dağa diklədin.

– Bəlkə mən qayğısız olmuşam, dedim, –Bəlkə də sıxılıb öz yeri darmış?Yox, onu yormuşam, bir indi bildimYazıq ürəyin də ürəyi varmış...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri