Baxmayır indi
Öz gənclik şəklinə diqqətlə baxdı,Köksünü ötürdü qoca dərindən.Nələr xatırladı, nələr oxuduÖmür dəftərindən, gün dəftərindən.
“Ocaq dağı” kimi bir dağ harda var?Yadıma düşəndə könlüm qan ağlar.Ayağımı yumur köpüklü çaylar,Başımda şimşəklər çaxmayır indi.
Çaxnaşır gözümdə qara dumanlar,Deyinir, dilində ahlar, amanlar.Mənə qaş-göz edən canlar, cananlar,Gözünün ucuyla baxmayır indi.
Görün hardan əsdi qara yel, küləkNecə oldu canan, hanı o mələk?!Odlu gözlərindən çaxardı şimşək,Hanı o şimşəklər çaxmayır indi?
Yanardı odlara cismim əzəllər,Ürəyim soyudu, getdikcə illər.Dəstə-dəstə gəzən, türfə gözəllərCanımı yandırıb, yaxmayır indi.
Deyir – qocalmısan, yoxdur tutarınDadı-duzu yoxmuş sanki növbarın.Əllərim quruyub, tanış qızların –Döşünə gül-çiçək taxmayır, indi.
Deyir sözlərini qalxa-yıxıla.Gedir dar cığırlar gəlmir düz yola.Mən sağa çəkirəm, o çəkir sola,Ayağım sözümə baxmayır indi.
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-baxmayir-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Şərqin şöhrətiBöyük ədib*Cəlil Məmmədquluzadəyə*
Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,