Yalançı etiqadlar
Sən ağ deyən zaman o deyir qara,Hər kəsin öz gözü, öz eynəyi var.Bu dünyanı hər kəs bir cürə görür –Müvafiq olmayır çox vaxt baxışlar.
O kimdir bir çörək ağacı etmiş,Hərdən bir “Əmməni”, bir də “Yasini”,Alan da, yeyən də özüdür, ancaqHeç ələ verməyir öz yaxasını.
Hərçəndi hünəri özündə görür,Məftundur şöhrətə, dövlətə, ada.Çətinə düşəndə, “qadir qüvvə”ninAyağına yazır nə var dünyada...
Kitabxana.az · https://kitabxana.az/works/osman-sarivelli-yalanci-etiqadlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Minnətdaram mən
Ramiz Mustafayev bəstələmişdir*Yenə səsin gəldi qulaqlarıma,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?