Minnətdaram mən
Ramiz Mustafayev bəstələmişdir
Yenə səsin gəldi qulaqlarıma,həyata, dünyaya minnətdaram mən.Sən orda pıçılda, eşidim səni,özgəsi çağırsa, ona karam mən.
Sən açdın bir qəlbin məhəbbətini,mən duydum bir ömrün səadətini.Sənsiz hər sözünü, hər söhbətini,sənsiz hər odanı xatırlaram mən.
Mənim bu aləmdə öz aləmim var,sənlə sevincim var, sənsiz qəmim var.Dünyadan qazancım bir qələmim var,sənin xidmətində varam, varam mən.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-minnetdaram-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
Qəzəl: Sənin kimi məlahət mülkünə bir padşah gəlməzSənin kimi məlahət mülkünə bir padşah gəlməz,Bənim kimi məlamət şəhrinə kəmtər gəda gəlməz