Cami-Cəm, fəsil 12
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ای گرامی بهشت مسجد نامخلد خاصی ز روح جنت عام
Ey məscid adlanan hörmətli cənnət,Sən xasa, kütləyə cənnətsən, əlbət.
شاه دیوارت، ای عمارت خیربن و بیخ کنشت کنده و دیر
Ey xeyir binası, divarın səninQazıdı kökünü kilsə, məbədin.
از تو دین را نظام خواهد بوددر تو مهدی امام خواهد بود
Səninlə din, iman alacaq nizam,Səndə olacaqdır həm Mehdi imam.
نیم شب دیدهٔ مؤذن بامدیده زین سوت صبح و زان سو شام
Başından baxanda müəzzin müdamBir yanda sübh görür, bir yanda axşam.
از ستونهات بیستون سنگیوز طبقهات آسمان رنگی
Yanında Bisütun bir daşdır ancaq,Təbəqən yanında göylər oyuncaq.
به مسافر در این سرای سرورمنبرت سدره را نموده ز دور
Dünya yolçusuna minbərin hər an,Südrəni göstərər hələ uzaqdan.
بتو گردون ارادت آوردهدر تو گبران شهادت آورده
Fələklər baş əymiş sənin önündə,Kafirlər islama gəlmişdir səndə.
کرده هر شب ز گنبد نیلیدر هوای تو ماه قندیلی
Bu mavi göylərdə eşqə gələrəkAy sənin üstündə yanır çıraq tək.
زیر این قبههای خرگاهیدر عرق رفته گاو با ماهی
Günbədin altında hər gecə-gündüzQan-tər içindədir balıqla öküz.
ز اوج مقصورهٔ تو پیش ملکاعتراف قصور کرده فلک
Uca bürclərini baxıb görərəkÖnündə səcdəyə dayandı fələk.
از شعاع تو در شب تیرهمسجد بصره را بصر خیره
Zülmət gecələrdə şöləndən, düzü,Bəsrə məscidinin qamaşır gözü.
طور در طورهای بام تو درجقاف در کاف گنبدت شده خرج
Damların yanında Tur dağı alçaq,Günbədin yanında Qaf bir oyuncaq.
ماه نو مرغ وقت ساعت توجمع کروبیان جماعت تو
Təzə Ay vaxt quşun, həm saatındır,Mələklər qulluqçün, camaatındır.
دین به پشتی روی دیوارتکرده اسباب شرک را غارت
Dinin arxasıdır səndəki divar,O, edib dünyada küfrü tarimar.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-12
← → düymələri ilə keçid, R — təsadüfi şeir