Cami-Cəm, fəsil 17
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
مطرب، آخر تو نیز شادم کنزان فراموش عهد یادم کن
Mütrüb, bir sən də gəl, məni eylə şad,Qoy o ilqarsızı bir eyləyək yad.
گر چه هرگز نکرد یاد از ماآن پریچهره یاد باد از ما
Yada salmasa da o canan bizi,Biz gərək yad edək o ay bənizi.
یاد او کن، ولی به نام دگرتا بنوشیم یک دو جام دگر
Sən onu xatırla, başqa ad iləBir necə qədəh də nuş edək belə
چون در آوردیش به پردهٔ رازجز حدیثش مگوی و پرده مساز
Elə ki, yetişdin sirr pərdəsinə,Ancaq ondan danış, etmə bəhanə.
ور غزل خواهد آن رمیده غزالغزل اوحدی بخوان در حال
Qəzəl arzu etsə o ürkək maral,Əvhədi şeirini sən oxu dərhal.
گر چه او دلفروزتر باشدسخن ما بسوزتر باشد
Onun gözəlliyi açırsa ürək,Mənim sözlərim də yandırır od tək.
ورچه او ساکنست و آهستهمن به خدمت دوم کمر بسته
O, toxtaq, mülayim olarsa əgər,Önündə xidmətçün bağlaram kəmər.
او به تن حکم کرد و فرمان نیزمن دلش میکنم فدا، جان نیز
Əgər o, cismimə verərsə fərman,Mən canı, qəlbi də edərəm qurban.
من شکایت کنم ولی به نیازاو حکایت کند سراسر ناز
Şikayət edirəm mən yalvararaq,O isə danışır naz ilə ancaq.
او چو دشمن همی کند زارممن به شادی که: دوستی دارم
O, məni öldürür sanki bir düşmən,Dostum var deyərək sevinirəm mən.
من غمش میکشم به صد زاریاو مرا میکشد به سر باری
Mən onu gəzirəm qəm yeyə-yeyə,O, məni öldürür “bir yükdür”, – deyə.
من کنم یاد ازو خلف گردماو کند ترک من، تلف گردم
Onu yad edirəm mən bir oğul tək,O, məni tərk etsə, məhv ollam, gerçək.
گر کشیدم به زلف او دستیمست بودم، مگیر بر مستی
Əgər saçlarına toxundumsa mən,Sərxoşdum, bilmədim, irad tutma sən.
دوش میجستم از لبش کامیچون بمن داد ازین نمط جامی
İstədim ləbindən dünən gecə kam,O, mənə bununçün uzatdı bir cam.
ننشستم چو تیزرو بودمکه به این باده در گرو بودم
Belə çoşduğumçün oturdum dərhal,Sanki bu badəyçün uçurdu xəyal.
درد من خور، که صاحب دردمتا بدانی که من چه میخوردم؟
Mənim dərdimi çək, mənəm əhli-qəm,Onda bilərsən ki, nələr çəkmişəm.
جام می یافتی، ز دست مدهتو خودش نوش کن، به مست مده
Buraxma əlindən, mey camı tapsan,Özün iç, sən məstə vermə gəl, aman.
می کزو هست قطره و مردیچون توان دادنش بهر سردی؟
İgidlik damlası o meyi, gerçək,Olarmı hər donuq adama vermək?!
پیر ما باش و شیشه پر می کنپای غم را به ساغری پی کن
Bizim pirimiz ol, doldur camları,Məhv elə qəmləri qədəhlə barı.
من کزین گونه رند باشم مستچون نهم جام آن نگار از دست؟
De, belə rind, sərxoş ola-ola mənYerə qoyarammı o camı əldən.
مستم از گفتگوی عام چه غم؟عاشقان را ز ننگ و نام چه غم؟
Sərxoşam, hər kəsin sözündən nə qəm?!Aşiqlər töhmətdən qorxmaz bircə dəm.
جرعهای می ز جام من در کشتا به جاوید مست میرو و خوش
Bir qədəh camımdan mənim çək başa,Əbədi sərxoş ol, sevinclə yaşa.
گر شود مجلس تو زین می گرمبعد ازینت ز کس نیاید شرم
Məclisin bu meylə qızışsa, inan,Heç kəsdən utanmaz üzün bircə an.
چه نهی پیش پخته بادهٔ خام؟پخته را نیز پخته باید جام
Yaramaz bişmişə çiy badə vermək,Çiy badə bişmişin nəyinə gərək?!
اندکی گر بنوشی از جاممبشناسی که پخته یا خامم
Mənim bu camımdan bir qədər içsən,Bilərsən bişmişəm, yoxsa çiyəm mən.
اوحدی، این سخن دراز کشیدشب تاریک پرده باز کشید
Əvhədi, bu sözün uzandı yaman,Gecə pərdəsinə büründü hər yan.
اندرین شهر چون ظریفی نیستوز حریفان ما حریفی نیست
Nə bir hal əhli var, ah, bu şəhərdə,Nə də bir həmdərd var hər dürlü dərdə
تا بنوشیم ساغری باهمبرهیم از وجود خود ما هم
Birlikdə oturub badə nuş edək!Birlikdə vücudu tərk edib gedək!
لاجرم جام خویش مینوشیمجامه بر جام خویش میپوشیم
Neyləmək! Bu camı tək içək gərək,Özümüz bu cama bir don geydirək.
تو مبین اینکه نقل کم دارماین نگه کن که «جام جم» دارم
Söz etmə noğulum azdırsa əgər,Bax, “Cəmşid camım” var, buna sal nəzər.
خوان نقل بهشت آن منستحور محتاج نقل خوان منست
Cənnət süfrəsinin noğuludur bu,Hurilər möhtacdır mənə, doğrusu.
زادهٔ نیستیست هستی منپادشاهیست تنگدستی من
Varlığım doğulmuş mənim yoxluqdan,Mənə bu yoxsulluq şahlıqdır, inan.
خوردم از عشق ساغر ریزانمیروم اینک اوفتان خیزان
Doldurub içmişəm eşq camını mən,Yıxılıb-duraraq gedirəm həmən.
گر تو بر من ستم کنی ور دادمنم و عشق، هر چه بادا باد!
İstər məni oxşa, istər et sitəm,Bir mənəm, bir də eşq, eyləmərəm qəm.
باشد از عشق قوت مردانآب و نان چیست؟ قوت بیدردان
Dərdsizin yemidir su ilə çörək.Kişinin qüvvəsi eşq olsun gərək.
دایهٔ دل چو سرفرازم کردعشق داد و ز شیر بازم کرد
Məni ucaldaraq ürək dayəsi,Süd deyil, içirtdi eşq badəsi,
ای که اندر شکست ما کوشیآشتی کن، چو جام ما نوشی
Ey bizi əzməyə çalışan vücud,Bu camı içərək dostluğa üz tut.
گر چه کوتاه دیدهای باممدور کن سنگ طعنه از جامم
Əgər divarımı görsən də alçaq,Tənəylə daş vurma camıma nahaq.
خانه تاریک و وقت بیگاهستره بگردان، که چاه در راهست
Mənzil qaranlıqdır, vaxt ötmüş yaman,Geri dön, yol üstə quyu var, aman.
تشنهای، گرد جوی و چاه مگردراه جویی کن و ز راه مگرد
Susasan, arx, quyu axtarma nahaq,Get çarə yolunun ardınca ancaq.
آب ازین چشمهٔ سبیل بنوشباده زین جام سلسبیل بنوش
Bu axar çeşmənin suyundan iç sən,Doldur qədəhini bu camdan həmən.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-17
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Bir sövq təbiətlə bəşər maili-qovğa,Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda.
گر به می تشنه شود آن لب باریک مزاجنوش کن شربت ماء العنب از جام زجاج
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,