چند باشی به این و آن نگران؟پند گیر از گذشتن دگران

Çoxmu baxacaqsan ona-buna sən?!Barı bir ibrət al bu ölənlərdən.

واعظت مرگ هم نشینان بساوستادت فراق اینان بس

Sənə bir öyüddür öldükcə dostlar,Bu hicran ustaddır sənə, aşikar.

گر دلت را ز مرگ یاد شودکی به این ساز و برگ شاد شود

Olsa ürəyində ölüm fikri, sənBu vardan-dövlətdən heç sevinməzsən.

فرصت خویشتن چو کردی فوتهم تو بر خویشتن بخوان «الموت»

Əgər vermisənsə fürsəti əldən,Özünçün fatihə oxu onda sən.

مرگ و مردن برابر دل داریاد گور و لحد مقابل دار

Ölümü-itimi unutma belə,Məzarı, əlhədi düşün, yad elə.

گر گدا یا امیر خواهد بودمردنی ناگزیر خواهد بود

İstər bir yolçu ol, istər əmir ol,Ölümdən qaçmağa yoxdur əsla yol,

پدرت مرد و با خبر نشدیمادرت رفت و دیده ور نشدی

Ağıla gəlmədin atan verdi can,Gözün açılmadı öləndə anan.

داغ فرزند و هجر همسالانهمه دیدی، نمیشوی نالان

Gördün övlad dağı, dost hicranı çox,Yenə gözlərində bir damcı yaş yox.

این دل و جان آهنین که تراستنتوان کرد جز به آتش راست

Bu dəmir ürəklə, can ki, səndə var,Onu ancaq odla düzəltmək olar.

مرگ ازین رنج و غصه به کندتمرگ بیدار و متنبه کندت

Bir ölüm qurtarar səni bu qəmdən,O, səni ayıldar, oyadar həmən.

جهد آن کن که زود خاک شویتا مگر زین گناه پاک شوی

Sən ona çalış ki, torpaq olasan,Bəlkə bu suçlardan iraq olasan.

چه تفاخر کنی به نام پدر؟چو ندانی نهاد گام پدر

Sən ki atan kimi gedə bilmirsən,Atanın adıyla nə fəxr edirsən?!

پدرت باغ و بوستانی کردتو چنان کن که آن بدانی خورد

Atan düzəltdisə bağ-bağça, gülşən,Sən çalış, onları yeyə biləsən.

گر نسازی تو باغ، معذوریباغ او را مبر ز معموری

Tutaq üzürlüsən, bağ düzəltməsən,Barı bu calalı viran etmə sən!

هیچ تخمی مکار و کشت مکننام آبای خویش زشت مکن

Əkmirsən, səpmirsən, öz kefinə bax!Atanın adını korlama ancaq.

تو که شب مستی و سحر مخمورکی کنی خانهٔ پدر معمور؟

Sən ki axşam sərxoş, səhər xumarsan,Atanın evinə haçan baxarsan?!

چیست میراث او طلب کردن؟در دو شب خرج یک جلب کردن

Ondan qalan irsi neyləyirsən sən,O, iki gecəlik xərcindir həmən.

خیز و خیری به جای او تو بکناو نکرد، از برای او تو بکن

Qalx onun yerinə bir iş gör bu gün,Özü görməyibsə, sən gör onunçün.

او نخورد، ار نه کی همی هشت این؟گر همیخورد خود نمیکشت این

Yemədi, qoymazdı yoxsa bu qədər,Bir belə əkməzdi, yesəydi əgər.

بتو هشت او، تلف چنین باشدتو باو ده، خلف چنین باشد

O, səninçün qoydu, xərcləmə belə,Əsil övladsansa, ona da xərclə.

نه بدین غایتت بزرگ او کرد؟این چنین زیرک و سترگ او کرد؟

Əgər o, deyilmi səni böyüdən?!Belə bacarıqlı, diribaş edən?!

به روانش رسان چراغی همکه ازو دیده‌ای فراغی هم

Gəl yandır ruhuna onun bir çıraq!Onun əməyini olmaz unutmaq.

واجب آمد بر آدمی شش حقاولش حق واجب مطلق

Altı borc vacibdir hər bir insana,Əvvəlcə borcludur o, Yaradana.

بعد از آن حق مادرست و پدرو آن استاد و شاه و پیغمبر

Sonra da borcludur ata-anaya.Şaha, müəllimə, həm ənbiyaya.

اگر این چند حق بجای آریرخت در خانهٔ خدای آری

Əgər bu borcları ödəsən, inan,Sən gedib Allaha yaxın olarsan.

حق اینها بدان که اربابندمقبلان این دقیقه در یابند

Onların haqqını unutma bir an!Xoşbəxtlər bu işi dərk edər haman.

حب ایشان سرت بر افرازدبغض ایشان به خاکت اندازد

Onları sevməklə başlar ucalar,Əgər kin bəsləsə, insan alçalar.

دمنهٔ رفتگان تست این خاکسبزهٔ دمنه را چه داری باک؟

Ölənlərin üçün yataqdır torpaq,Gəl onun otunu sən biçmə nahaq.

دل ز خضرای این دمن برگیربکن این جان و دل ز تن برگیر

Göz çək bu çöllərin yaşıllığından,Qopar, qoy bədəndən çıxsın ürək, can

زیر این قلعهٔ همایون عرضپارگینیست پر ز سرگین، ارض

Bu gözəl qalanın altında, bir bax!Təzəkli arxacdır gördüyün torpaq.

جنبشی کن، که نیست جای نشستمگر آید مراد دل در دست

Bura durmaq yeri deyil, bir tərpən,Bəlkə qəlb kamını əldə edəsən.

وگرت نیست قوت و نیروبه عزیزان خویش « قل سیروا»

Buna çatmayırsa gücün, qüvvətin,De əzizlərinə: “Baxın, seyr edin”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri