پر مذبذب مباش و سر گردانکه ثباتست سیرت مردان

Çox tərəddüd etmə, boş gəzmə nahaq,Kişinin sifəti səbatdır ancaq.

خویشتن دار و راست باش و امینکز یسار تو ناظرند و یمین

Özünü saxlayan, düz, vəfalı ol!Səni izləyirlər hər tərəf, sağ-sol.

قدم اندر زمین منه جز رستکاسمان را نظر به جانب تست

Sən yerə düzlüklə qədəm bas ancaq,Göylər də göz açıb sənə baxır, bax.

کوش تا بی‌حضور دم نزنیبر زمین خدا قدم نزنی

Çalış ki, hüzursuz çəkmə sən nəfəs,Bunsuz ayaqlama torpağı əbəs.

چون روی نرم باش و آهستهتا نگردند خاکیان خسته

Asta, mülayim ol yerisən əgər,Qoy torpaqdakılar inciməsinlər.

از تو موری اگر بیزاردپیشت آنرا به حشر باز آرد

Əgər bir qarışqa incisə səndən,Məhşərdə gərəkdir hesab verəsən.

چون صغیر و کبیر نیست معافدر صغایر قدم منه به گزاف

Böyüyə, kiçiyə yoxsa bəraət,Uşaqkən düzlüyə sən eylə adət.

خرده را کش تو خرد میخوانیچون به پرسش رسد فرومانی

Sənin heç sandığın ən kiçik nöqsanSəni sual vaxtı qərq edər, inan.

مکن آزار خلق و گور ببینبا سلیمان چه گفت مور ببین:

Gəl xalqı incitmə, qəbristana bax!Qarışqa nə dedi Süleymana, bax!

که سخن گفت مور دم بستهکه سلیمان شنیدش آهسته

Dilsiz bir qarışqa dedi o sözüSakit qulaq asdı Süleyman özü.

لیک داند که مور بی‌تابستهر کسی، جز کسیکه درخوابست

Qarışqa gücsüzdür, incitmə nahaq,Bunu yuxulular dərk etməz ancaq.

بر ضعیفان روا نباشد زورچه ملخ باشد آن شعیف، چه مور؟

Zəifə güc etmək deyildir rəva,İstər çəyirtgədir, istər qarışqa.

چون حساب از نقیر خواهد بودشاید ار مور میر خواهد بود

Hesab verəcəksə hətta zərrələr,Layiqdir qarışqa şah olsa əgər.

مرغ را دانه دادن از دینستمنطق‌الطیر عاقلان اینست

Bir quşa dən vermək diydəndir özü,Aqilçün “quş dili” bax budur, düzü.

ای جوان، حاضر تو پیرانندبا ادب رو، که خرده گیرانند

Ey cavan, yanında durur qocalar,Ədəblə yeri ki, səhv tutar onlar.

هر که او از گذشته یاد کندبا دل خود به شرم داد کند

Hər kəs keçənləri yad etsə əgər,Utanıb özündən ədalət istər.

شرم دل را شکسته دارد و تنشرم بستاندت ز ما و ز من

Həyayla yumşalar ürək və bədən,Həya alar bizi “biz”dən və “mən”dən.

شرم با خود ترا به جنگ آردشرم رویت به نام و ننگ آرد

Səni ürəyinlə o, çarpışdırar,Səni ad ardınca həm o, aparar.

هر که را شرم کرد ازو دوریبدرد پرده‌های مستوری

Hər kəs ki, həyadan uzaqda qalar,İffət pərdələri onun yox olar.

شرم باید، لاف نگراییبه حدیث گزاف نگرایی

Əgər həyan olsa, lovğa olmazsan,Mənasız sözlərə meyil salmazsan.

مرد را شرم سرخ روی کندخلق را خوب خلق و خوی کند

Həyadan kişinin qızarar üzü,İnsanın xülqünü xoş edər, düzü.

یافت عثمان ز شرم و ایمان زینکاتب وحی گشت و ذوالنورین

Osman da imandan, bir də həyadanVəhyə katib oldu “Zunnureyn”, inan.

هر که داند خدای را حاضرچشم او از حیا شود ناظر

Kim hazır sayarsa Allahı müdam,Gözləri həyayla açılar tamam.

نکند هر چه عقل نپسندددر باطل به خود فرو بندد

Ağıl bəyənməyən işləri görməz,Batil qapıları bağlayar, girməz.

شرمت از فکر عاقبت زایدوز دوام مراقبت زاید

Həya nəticəni görməkdən doğar.Bu işdə sonacan varmaqdan doğar,

مردمی چیست؟ ستر پوشیدنپهلوانی؟ به خیر کوشیدن

İnsanlıq, de nədir? Eyibi örtmək?İgidlik? Xeyirin ardınca getmək?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri